Hövzələrdə sel proseslərinin inkişafına təsir edən əsas təbii amillər

ŞREM-in elmi işçiləri Dilbazi Cəmilov və Vüqar NƏSRULLAYEV



    İnsanlar ta qədim zamanlardan onları əhatə edən ətraf aləm, zəlzələ, daşqın, sel, vulkan püskürmələri kimi təbii prosseslərin mənşəyi və səbəbləri haqqında daim düşünmüş və onları izah etməyə cəhd etmişlər. Əvvəllər bu izahatlar kor-təbii şəkildə, daha çox məntiqdən kənar uydurmalarla miflər şəklində yaranırdı. Zaman keçdikcə insanlar müxtəlif elm sahələrində uğurlar əldə etməyə başlayır və ətraf aləmin mifdən həqiqətə doğru dərki asanlaşır. Bu gün elmi nailiyyətlər artıq daha yüksək inkişaf həddinə çatdığından bəşəriyyət təbiətin əvvəllər məchul görünən sirlərini dərk etməyə daha yaxınlaşmışdır. 

    Məlumdur ki, B. Qafqazın cənub yamacı çayları öz selliliyi ilə nəinki bütün Qafqazda, hətta dünya miqyasında da məhşurdur. Fiziki-coğrafi komponentlərin hər birinin selin yaranması üçün çox əlverişli olması nəticə etibarilə bu çaylarda tez-tez, güclü və dağıdıcı sellərin baş verməsinə gətirib çıxarır. Odur ki, Sovet hakimiyyəti illərində Azərbaycan ərazisindəki çaylardan sel keçdikdən sonra ayrı-ayrı tədqiqatçılar həmin çaylar haqqında qısa da olsa informasiya xarakterli məlumat vermiş, lakin onların əmələgəlmə səbəbi, genetik xüsusiyyətləri demək olar ki, tədqiqata cəlb olunmamışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1991-ci ildə ŞREM-də “Sellərin öyrənilməsi” laboratoriyası fəaliyyətə başlamış və tədqiqatlara xüsusi fikir verilmişdir. Laboratoriya əməkdaşları bölgəmizin coğrafi problemləri və çay hövzələrində sellərin əmələgəlmə səbəblərini Balakən-Kürmür, Kiş və Şin, eləcədə Turyançay və Girdimaçay hövzələrində tədqiqat işləri aparılmışdır. 
    Oxuculara təqdim olunan bu məqalədə bölgəmizin selli çay hövzələrində (Balakən-Kürmük çay timsalında) sel prosseslərin inkişafina təsir edən əsas təbii amillərdən və hidroloji şəraitdən asılı olan prosesləri göstərməyə çalışmışıq. 
    Böyük Qafqazın cənub yamacının qərb hissəsi, o cümlədən Balakən və Kürmük çaylarının hövzəsi, mürəkkəb geoloji quruluşa malikdir. Burada mezozoy dövrünə aid süxurlardan tutmuş müasir dövrdə yaranan kontinental çöküntülərə qədər bir-birindən tərkibinə, quruluşuna və fəaliyyətinə təsir edən əsas amillərdəndir. Bunlara yüksək dağlıq zonada geniş yayılmış yura dövrünün qalıq qara rəngli təbəqəli şistlər və qismən qumdaşlar, təbaşir dövrünün qalıq gillərini və dağ massivlərini əmələ gətirən əhəngdaş qatlarını misal göstərmək olar. 
    Bu süxurlar müxtəlif xarici proseslərin, o cümlədən temperaturun, suların, küləyin və s. bu kimi amillərin təsirindən dəyişir, parçalanır, xırdalanır və axar sular vasitəsilə daşınır və nəhayət çökdürülür. Sel fəaliyyətinə və inkşafına geoloji-geomorfoloji amillərin hər biri, yəni ərazi relyefinin dağlıq olması, çox parçalanması, süxurların litoloji və kimyəvi tərkibi, fiziki-mexaniki xüsusiyyətləri, seysmik proseslər, müasir tektonik hərəkətlər və eləcə də ekzogen proseslərə daxil olan sürüşmə-uçqun hadisələri də təsir göstərir. 
    Balakən və Kürmük çayları arası ərazi Baş Qafqaz silsiləsinin cənub yamacının qərb hissəsini əhatə edir. Burada mezozoy və kaynazoy dövrlərinin dəniz, terrigen və orqanogen süxur qatlarına və vulkanogen-çökmə süxurlara rast gəlmək mümkündür. Bu çöküntülər alp qırışıqlığı nəticəsində müxtəlif morfoloji xüsusiyyətli tektonik struktur yaratmışdır. Bunlar nisbətən normal vəziyyətdə olan antiklinal və sinklinallardan, yaxud tektonik pozulma və yarılmalarla, üstəgəlmələrlə mürəkkəbləşmiş struktur zonalardan ibarətdir ki, onlarda relyefdə təzahürünə görə kəskin fərqlənirlər. 
    Ərazinin geoloji-geomorfoloji quruluşu və inkşaf tarixi müxtəlif illərdə ayrı-ayrı geoloqlar və geomorfoloqlar tərəfindən tədqiq edilmişdir (Xain, Leontyev 1950), Şıxəlibəyli 1953, 1956, Budaqov 1969, Mərdənov 1978 və başqaları. Daha müfəssəl geoloji tədqiqat işlərinin təhlili H.Ş. Şıxəlibəylinin 1956-cı ildə çap etdirdiyi əsərdə öz əksini tapmışdır. Müəllif uzun illər Böyük Qafqazın cənub yamaclarında apardığı tətqiqatları, ədəbiyyat və fond materiallarını təhlil edərək ərazinin tam stratiqrafik sxemini tərtib etmişdir. 
    Ərazidə Yura, Təbaşir, Paleogen və Dördüncü dövr çöküntü kompleksləri iştirak edir. Burada ən qədim süxarlar Orta Yura (leyas) yaşıl olub qara şistlərdən və onların arasında yerləşən qumdaşı təbəqələrindən ibarətdir (şəkil 1). 

    Yuranın orta şöbəsi alen mərtəbəsi çöküntülərində gilli şsitlərin qumdaşlarından üstün yer tutması və alt hissəsində qumdaşı-siderit və qumdaşı şist lay dəstəsinin olması ilə səciyyələnir. Böyük Qafqazın cənub yamacında orta yura (dogger) çöküntüləri qumdaşlarından ibarət xınalıq lay dəstəsini əmələ gətirir ki, bunlarda yuxarıda tədricən lentvari şistli bat dəstəsinə keşir. Bu lay dəstəsinin ümumi qalınlığı 300 m-ə yaxındır. Bu çöküntülərin çıxışları Balakənçay və onun qollarının (Qumbulçay, Siltınçay, Vergetelçay və s.) yuxarı və orta axınlarında müşahidə edilir. 
    Üst yura çöküntüləri, qumdaşları, əhəngdaşları, qırmızı rəngli mergellər və silisiumlu qumdaşlarından ibarət olub, Balakəndən başlayaraq cənub-şərq istiqamətində Qəbələ və İsmayıllı rayonlarına qədər uzanır. Şimal-qərbdə bu çöküntülər dördüncü dövrün allüvial-proluvial çöküntüləri altında gizlənir. 
    Balakən və Kürmük çayları arası ərazidə alt və qismən də üst təbaşir çöküntüləri əsas etibarilə tipik Qafqaz flişi xarakteri daşıyır. Alt təbaşir, əsasən qum-gil fasiyasından ibarətdir. Burada yalnız karbonatlı və valanjin müstəsnalıq təşqil edir. Üst təbaşir, senomanın terrigen çöküntüləri müstəsna olmaqla, karbonat fasiyasından ibarətdir. Daha aydın fliş xarakteri daşıyan alt təbişir çöküntüləri (valanjin, hoteriv) qalın konqlomerat qatı ilə başlayır, sonra isə mergellər, qumdaşları və gillərlə növbələşir. 
    Balakən və Kürmük çayları hövzələrindəki köklü ana süxurların qısa stratiqrafik-litoloji təhlilindən aydın olur ki, ərazi əsas etibarilə tez aşınan gilli şistlər, əhəngdaşı və qumdaşlarından təşkil olunmuşdur. Bu isə yüksək və orta dağlıq zonalarda aşınma prossesləri ilə yanaşı selin formalaşmasına böyük təsir göstərir. 
    Dördüncü dövr çöküntüləri əsasən dağ yamaclarının səthini örtən allüvial, prolüvial və delyuviyal materiallardan təşkil olunmuşdur. 
    Balakən və Kürmük çayları arası ərazinin çox hissəsi tektonik quruluşuna görə Sarıbaş struktur-formasion zonası daxilində yerləşir. Bu zona strukturların dislokasiya və morfoloji tipinin xarakterinə görə, eləcədə süxurlarin yaşına görə şimalda Filizçay-Attaçay, cənubda isə Katex-Qumbulçayı kimi köndələn istiqamətdə yerləşən ikinci dərəcəli tektonik pillələrə ayrılır. Bu pillələr bir-birindən həmzəgor qırılması vasitəsilə ayrılırlar. 
    Filizçay-Attaçay pilləsi bir-birini əvəz edən mürəkkəb quruluşlu üç qırışıqlıqdan ibarət olub şimaldan köhnə meydan yarılma zonası, cənubda isə həmzəzor qırılması ilə sərhədlənir. Qərb blok daxilində Karabçay antiklinal şərqdə geniş Dorjibal sinklinal zonasına, bu da şərqə doğru subparalel istiqamətli Kilisəçay antiklinal və sinklinal qırışıqlar sistemləri ilə əvəz olunur. 
    Yuxarıda göstərilən bu struktur elementlərin əksəriyyəti müasir relyefdə təzahür olunan xətti qırışıqlardır. 
    Tədqiq edilən ərazinin cənub sərhəddini Qanıx-Həftəran vadisi təşkil edir. Bu Böyük Qafqazın cənub yamacı boyunca İsmayıllı rayonunadək uzanan sinklinor çökəklikdən ibarətdir. 
    Çökəklik şimali-qərbdən, cənub-şərqə 300 km-ə yaxın məsafədə uzanaraq, əsasən üst pliosen dördüncü dövrün qalın (2 km-dən çox) kontinental çöküntülərindən təşkil olunmuşdur. 
    Qanıx-Həftəran vadisinin əsas relyef formaları cənub yamac çaylarının burada yaratdığı gətirmə konuslarıdır. Bunların səthi qabarıq olub az kəsilmişdir. Akkumulyasiya prosesi çox intensiv gedir. Buna görə də çayların yataqları gətirmə konusları səthinə 5-7 m-dən artıq kəsilə bilmir və yalnız onların ətəklərində 10 m-ə qədər dərinləşir. 
    Ümumiyyətlə, ərazidə bütün tektonik ünsürlər ümumqafqaz istiqamətində (SQ-CŞ) uzanaraq tədricən alçalır və relyefdə morfoloji cəhətdən yaxsı əks olunan pillələr əmələ gətirir. Bu pillələrin yaranmasında çay hövzələrinin yerləşdiyi ərazinin geoloji inkşaf tarixi və quruluşu həlledici rol oynamışdır. 
    Ərazinin təbii şəraitilə əlaqədar olaraq, onun müasir relyefinin formalaşması geoloji quruluşu kimi mürəkkəbdir. Təbii amillərin hər biri selin yaranmasında müəyyən rol oynamasından asılı olaraq Balakən və Kürmük çayları arasındakı ərazinin bütün çay hövzələrində vaxtaşırı dağıdıcı sellər baş verir. 
    Böuük Qafqazın cənub yamaclarında sellərlə əlaqədar geomorfoloji tədqiqatları müxtəlif illərdə B.Ə.Budaqov, İ.E.Mərdənov və başqaları aparmışdır. Bu tədqiqatlarda geomorfoloji amilin sel əmələgətirici şəraitdə və hövzələrdə baş verən yuyulma və akkumulyasiya proseslərinə xüsusi diqqət verilmişdir. Balakən və Kürmük çayları arası ərazi şimaldan Baş Qafqaz silsiləsi, qərbdən Böyük Qubax, şərqdən isə Qaflan yan silsilələri ilə sərhədlənir. 
    Balakən çayı hövzəsi şimaldan Böyük Qafqaz sıra dağları və ondan ayrılan yan qollarla əhatə olunub, sahəsi 300 km2-dir. Burada dağ silsilələrinin hündürlüyü 2800-3000 m arasında tərəddüd etməklə, ayrı-ayrı zirvələrdən,aşırmalardan və intensiv parçalanmış tirlərdən ibarətdir. Hövzəsinə görə (176 km2 ) çox da böyük olmayan ərazini tutan çay dərəsi özünün selmeyilliyə görə Böyük Qafqazın cənub yamacı çaylar arasında özünəməxsus yer tutur. Hövzənin geoloji quruluşunda ayrı-ayrı struktur elementləri əmələgətirən mezozoy-kaynazoy yaşlı, əsasən kövrək süxurlar iştirak edir. 
    Müasir intensiv parçalanmış relyefin əmələ gəlməsində ekzogen relyef əmələgətirici proseslər (aşınma, nival-buzlaq, qravitasiya və s.) mühüm rol oynamışdır. 
    Bütün cənub yamacın hər yerində olduğu kimi bu çay hövzəsində və onun yan qolları olan Bataor, Saqator, Sıltık, Filiz (Karabor) çayları hövzələrinin yuxarı axınları qravitasiya proseslərinin geniş yayıldığı sahələrdir. Hövzələrdə selin əmələ gəlməsində də əsasən bu rayonlarda inkişaf etmiş qravitasiya formalarının sürüşmə, uçqun, ufantı növləri böyük rol oynayır. Hövzədə sellərin əmələ gəlməsində və qidalanmasında iştirak edən çılpaq qayalıqların sahəsi 22 km2-dir 
    Balakən çay hövzəsində əsas sel əmələgətirici formalardan biri də ərazidə geniş yayılmış terras və yataq çöküntüləridir. 
    Ümumiyətlə, dar yatağa malik Balakən çay dərəsində yan qolların mənsəbində böyük həcmli gətirmə konusları formalaşmamışdır. Buna görə də sellər keçən zaman qollardan gətirilən materiallar birbaşa sel kütləsinə qarışaraq yataq boyu hərəkət edir. 
    Talaçay hövzəsində meşə və alp çəmənlikləri qonşu hövzələrə nisbətən yaxşı saxlanılmışdır. Bu spesifik xüsusiyyət hövzələrdə müasir ekzogen proseslərin, fiziki aşınmanın, səthi yuyulmanın zəifləməsinə səbəb olmuş və sel fəaliyyətini zəiflətmişdir. 
    Gətirmə konusuna qədər 400 km2 əraziyə malik olan hövzədə sel ocaqlarının sahəsi 46 km2 olub, əsasən hövzənin yüksək dağlıq hissəsini əhatə edir. Meşə örtüyü zəif olan Çinarçay və Talaçay qollarının yuxarı axınlarında böyük ufantı konusları əmələ gəlmişdir. 
    Hövzədə əsas sel ocaqları 2100-2800 m yüksəkliklərdə yerləşərək Baş silsilənin suayrici hissəsində Qumliev aşırımı rayonunda 7000 m2, Somaliti zirvəsi ətrafında isə 5000 m2 sahəni əhatə edir. 
    Hövzədəki yataq çöküntülərinin tərkibi və xarakteri göstərir ki, Talaçayda palçıqlı-daşlı sellərlə bərabər, sulu-daşlı sellərdə keçir. Çinarçay hövzəsində isə əsasən sulu-daşlı sellər keçir. Bu isə həmin hövzədə gilli-şistli süxurların az yayılması ilə əlaqədardır. 
    Sellərin hövzədə böyük sürətə və dağıdıcı qüvvəyə malik olması çay dərəsinin morfoloji quruluşundan asılıdır. Yuxarı axında çay dərəsi tez-tez daralır və genişlənir və 50-700 m-dən bir istiqamətini dəyişir ki, buda selin ayrı-ayrı dalğalar şəklində çox sürətli keçməsinə səbəb olur. 
    Çay dərələrinin morfoloji quruluşu sellərin gətirmə konusuna çıxmasına və eyni zamanda böyük dağıdıcı qüvvəyə malik olmasına şərait yaradır. 

    Hidroloji şərait

    Məlumdur ki, Azərbaycanda sellərin öyrənilməsi (onların təsviri, coğrafi yayılması, müxtəlif parametrlərinin hesablanması,rayonlaşdırılması və müdafiə tədbirlərinin təklifi) 1945-ci ildən başlanmışdır (Rüstəmov 1957, 1959, 1960, Budaqov 1963, 1964, Mərdanov 1964, 1965, 1966, Mustafayev... və s. ). Aparılan tədqiqatların nəticələri bir sıra elmi hesabatlarda (1968, 1972, 1979) və elmi məqalələrdə öz əksini tapmışdır. 
    Çay şəbəkəsinin xüsusiyyətlərinə, çay axımının keçmə şəraitinə və morfometrik göstəricilərinə görə cənub yamacın çayları 2 qrupda cəmləşir. Qanıx çayı hövzəsi- Məzımdan-Daşaqıl çayına qədər və Şirvan çayları- Əlican çaydan Axsu çayına kimi. Ona görə uzuna profillərin səciyyəsinə Qanıx çayları 2, Şirvan çayları isə 4 biri-birindən fərqlənən hissəyə ayrilir. 
    Birinci iki hissə bütün cənub yamac üçün səciyəvidir. Birinci hissə çay hövzələrinin yüksək dağlıq əraziləri əhatə edir. Burada çaylar dar dərələr və kanyonlarla axır. Yamacların meyilliyi, geoloji quruluşu ( asan yuyulan süxurlar ), iqlim xüsusiyyətləri, bitgi örtüyü və s. küllü miqdarda yumşaq-qırıntılı materialların yığılmasına şərait yaradır. Çay əmələgəlmə, o cümlədən sel əmələgəlmə prossesləri məhz bu ərazilərdə başlayir. Bu hissə çayların Qanıx-Həftəran vadisinə kimi uzanır. 
    Qanıx-Həftəran vadisində çay yataqları meyilliliyinin kəsgin azalması sülb materiallarının burada çökdürülməsinə və geniş gətirmə konuslarının əmələ gəlməsinə şərait yaradır. Burada çaylar özlərinin allüvial çöküntulərinə hopması və aşağıda yenidən üzə çıxaraq axarlar əmələ gətirməsi ilə səciyələnir. 
    Üçüncü hissə cənub yamacın qərb hissəsindən axan çayların çöl yaylasına çıxan ərazini əhatə edir. Çaylar dərin dərələrlə axır və yelpikvari şəklini alır. 
    Dördüncü hissə Kür-Araz ovalığını əhatə edir ki, burada çaylar bir neçə qollara ayrılır və çoxsulu illərdə Kürə tökülürlər. Bu hissədə çayların rejimində qrunt suları böyük rol oynayır. 
    Ərazidə 837-ə qədər çay var. Bunlardan 75-nin uzunluğu 10 km-dən çox, qalanlarının isə 5 km-dən azdır. Çaylar Kürün sol qolları olub, istiqamətləri Böyük Qafqaz dağ sisteminin yerləşməsi ilə bağlıdır (şəkil 2). 
    Çaylar boyu onların su rejimi sabit qalmır və bu da fiziki coğrafi şəraitdən asılı olaraq ayrılmış hissələrdə çaylara tökülən qolların coxluğundan və sululuğundan asılıdır. Ona görə, ayrı-ayrı hissələrdə şəbəkə sıxlığı müxtəlif olur. Lakin əsas çayların şəbəkə sığdığının orta kəmiyyəti həm qərb hissədə, həm də Şirvan çaylarında yaxşı inkşaf etmış və demək olar ki, hövzələr üzrə bərabər kəmiyyətə malikdir (Qasqa çayından başqa-0,26). Çay şəbəkə sıxlığının daha böyük əmsalı (0,60-0,62 km/km2) Şəki-Zaqatala qrupu çaylarında müşahidə edilir. ərazinin ən böyük çaylarının morfometrik ünsürləri 1-ci cədvəldə verilir. 

    Çay axımının öyrənilməsində suölçən məntəqələrin mövcudluğu və onların çay boyu düzgün yerləşdirilməsinin böyük əhəmiyyəti vardır. Ümumiyyətlə cənub yamacda müşahidələr 1926-cı ildə Türyan çayının Savalan və Göyçayın məntəqələrində başlanmışdır. 1932-ci ildə Qatexçayının Kəbizdərə, 1934-cü ildə isə Kürmük çayının ulukörpü məntəqələr, kəndləri yaxınlığında açılmışdır. Sonralar 1941-ci ildən başlayaraq suölçən məntəqələrin sayı çoxalır və əsas selli çaylar olan Tala və Kiş çaylarında suölçmə işləri başlanır. Yüksəkliyə görə axımın artması qanunauyğunluqlarını öyrənmək məqsədilə 1959-cu ildə Kürmük çayı hövzəsində 5 yeni suölçən məntəqələr quruldu. Üç məntəqə Kürmük çayının mənbə hissəsində yerləşən və onun əmələ gəlməsində iştirak edən Kiçik qollar üzərində qurulmuşdur. 1957-58, 1965 və 1972-ci illərdə suölçən məntəqələrin bəziləri keçid vasitələrinin olmadığına görə bağlanır. Təəssüf ki, keçid dövründə də bəzi mühüm çaylarda (Girdiman, Qunaxaysu, Hamamçay, Dəmiraparançay) su ölçən məntəqələr müvəqqəti öz işini dayandırmışlar. 



Создан 19 апр 2014



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi