Həyatın amansız qaydaları

İradə Rövşən, memarlıq namizədi



  Həkimlərin son əməliyyatdan sonra xəstəlik tarixçəmdə yazsıqları nəticənin bəndlərinin birində “Ehtimal: xoşagələn deyil...” yazılmışdı. Bunun tibbi dildə nə demək olduğunu anlamaq çətin deyil, mənimçünsə bu əsil hökm kimi səslənirdi. 

    Bu məqalə çapa hazırladığım kitabın kiçik bir parçasıdır. Kitab rus dilində yazılsa da sözsüz ki, azərbaycan dilinə tərcümə olunacaq. Yeri gəlmişkən, tərcümə işlərində mənə kömək edən həmkarım, filoloq Pakizə xanım Zakirovaya dərin təşəkkürümü bildirirəm. 

    Bu məqaləni yazarkən, mənim məqsədim heç də oxucularda özümə qarşı mərhəmət hissi oyatmaq olmayıb. Məqalənin kitabın çapından əvvəl ərsəyə gəlməsinin öz səbəbi var. 
    Əslində hər kəs gərək öz ixtisasına uyğun, çalışdığı sahəni əhatə edən yeniliklərdən bəhs etsin. Lakin bu dəfə mən qaydaları pozaraq memarlıqdan yox, tamamilə başqa sahədən söhbət açacağam. Bəlkə də buna görə çoxları məni qınayacaq. Amma mənim həyatımda son 10 ildə baş verən hadisələr, indi sizə çatdırmaq istədiyim məlumatla sıx bağlıdır. Onu da əvvəlcədən diqqətinizə çatdırım ki, nə qədər çalışsam da öz problemlərimi kənara qoyub hamını düşündürən məsələlərdən başlayım, alınmadı... Belə ki, Şəkililər demişkən, mənim haqqımda, xəstəliyim barədə gəzən dedi-qodulara, arxamca edilən pıçıltılara, artıq-əskik söhbətlərə son qoymaq üçün fürsətdən yararlanmaq da yerinə düşərdi... Bir güllə və iki dovşan məsələsi... 
    Çapa hazırladığım növbəti kitabda mənim yaşamaq, sağ qalmaq uğrunda mübarizə apardığım, həm də çoxusu öz səhvlərim ucbatından bu vəziyyətə - uçurum həddinə gəlib çatan həyatımın bir hissəsi qələmə alınmışdır. Yaşadıqlarımıza və həyatda qarşılaşdıqlarımıza görə kimsəni günahlandırmaq düzgün olmazdı. Əslində hər bir insan öz həyat tərzini, ətrafını, özünü rahat hiss etdiyi mühitə dəyişdirməyə qadirdir. Ancaq nədənsə bunu etməyə heç kim tələsmir. Biz dözürük, nəyisə gözləyirik və ümid edirik ki, hər şey öz yoluna düşəcək. Ancaq əfsuslar olsun ki, möcüzə baş vermir. Keçirdiyimiz stresslər, əsəb gərginliyi insan şüurunun dərin qatlarına öz izini salır və vaxt gəlir ki, artıq yorğun, əldən düşmüş orqanizm həyatı qorumaq iqtidarında olmur. 
    Keçmişi geri qaytarmaq, dəyişdirmək, səhvləri düzəltmək isə artıq mümkün olmur. Mən də yeganə çıxış yolunu daim stressdən uzaqda yaşamaqda görürdüm. Mənə elə gəlirdi ki, hər şey geridə qalıb, sanki hər şey öz axarına düşüb, amma...   Necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”. Bu dünyada heç nə insana havayı verilmir, hər şeyin öz qiyməti, öz dəyəri var. Mən hələ də özümə qarşı laqeyd olmağımın əzabını yaşayıram. 
    Həmişə düşünürdüm ki, yumor hissi bütün xəstəliklərə qarşı ən güclü vasitədir. Bəlkə də məhz öz dərdlərimə gülməyi bacarmağım, onlara tamamilə fərqli bucaqdan baxmağım mənə indiyədək yaşamaq gücü verir. Heç şübhə etmirəm ki, məni hələ uzun ömür gözləyir. Daxilimdən gələn hansısa izahı olmayan qüvvələr həmişə mənə dəstək olur. Səkkiz il əvvəl mən ilk dəfə öz diaqnozumu – beyində şiş (meningioma) eşidəndə bunun nə demək olduğunu, həyatım üçün nə dərəcədə təhlükə yaratdığını anlamırdım. Şiş beyincikdə idi. O vaxt sakitcə cərrahi əməlyyata razılıq verdim, çünki başqa yol yox idi. Sağ olsun cərrahlar, əməliyyat uğurla keçdi. Tezliklə sağalmağa başladım və artıq 2–3 aydan sonra baş verənləri yaddan çıxardım. Həyat davam edirdi, həm də kifayət qədər dolğun. Elmi işimi tamamladım, dissertasiya müdafiə etdim. İş başımı o qədər qatmışdı ki, altı ayın necə keçdiyini, Moskvaya növbəti müayinəyə gedəcəyim vaxtın necə çatdığını hiss etmədim. O zamanlar xəstəliyim haqda demək olar ki, heç nə bilmirdim, sadəcə həkimlərə inanır və onların məsuliyyətinə ümid edirdim. Mənə elə gəlirdi ki, onlar artıq unutmaqda olduqlarımı yenidən yaşamağıma imkan verməzlər. Lakin çox təəssüflər olsun ki, həkimlər də hər şeyə qadir deyillər. Hər şey Allahın əlində idi və təkcə O məni nə gözlədiyindən xəbərdar idi. Hər yaşadığım gün mənə elə gəlirdi ki, üzərində yaşamağa alışdığım nazik buz qatı hər an qırıla bilər, lakin o buz qatı davam gətirir və hələ də məni saxlayırdı. 

    İkinci əməliyyatdan sonra aldığım şüa müalicəsi məni müəyyən vaxt cərrah bıçağından xilas etdi. Baxmayaraq ki, həkimlər beynimdəki meningiomanın xoş xassəli olduğunu deyirdilər, mən özüm artıq belə bir qənaətə gəlmişdim ki, bu şiş çox xain və qəddardır.
    Üstündən heç iki il keçməmiş, 2009-cu ildə özümü yenə narahat hiss etməyə başladım. Yenə Moskvaya getdim.    Müayinələrdən sonra məni üçüncü əməliyyata hazırlamağa başladılar. Nəticə daha pis ola bilərdi. Allaha çox şükür! Yaradan bu dəfə də məndən üz çevirmədi. Ancaq bu zaman həyatımda gözlənilmədən baş verən bir hadisə mənə güclü zərbə vurdu. Atamın qəfil ölümü məni çox sarsıtdı. Əməliyyatdan sonra sol gözümdə yaranan ağırlaşma məhz həmin bəd xəbəri eşidib ağladıqda üzə çıxdı. Güzgüyə baxdıqda gördüklərimə heyrətlənməyə bilmədim. Belə ki, ağlamaqdan sonra qızarıb şişkinləşmiş sağ gözüm sol gözümdən kəskin şəkildə fərqlənirdi. Sol gözüm isə yaşadığım müsibətə biganə qalmışdı, bir damla belə göz yaşı axıtmırdı. 
    İllər keçirdi, Moskvaya daimi səfərlər getdikcə mənimçün bir işgəncəyə çevrilirdi. Gözü yaşlı uçuşlar, gömrük, xəstəxana, müayinələr... Və nəhayət, həkimlərin tanış qənaətləri. Rentgen şəkilləri məni həmişə peşman edirdi, şiş durmadan böyüyürdü.
    Öz səhvlərimi yaxşı dərk edirdim. Başa düşürdüm ki, insan üçün yaxşı həyat yoldaşı, yaxşı ana, yaxşı övlad, bacı, dost olmaq hələ azdır, insanın özünü sevməsi daha vacib amillərdən biridir. Əllbəttə, eqoizm həddinə çatmamaqla. Sadəcə insan onu əhatə edənlərə faydalı olmaq xatirinə ilk növbədə özünü sevməyi və özünə hörmət etməyi bacarmalıdır. Çünki günlərin birində insan yaxınları üçün artıq yükə yox, sadəcə problemə çevrilə bilər. 
    Doğma və yaxınlarımın mənəvi əzab çəkmələri mənə hədsiz ağır gəlirdi. Allah şahiddir ki, imkan daxilində içimdə yığılan mənfi duyğuları ətrafdakılardan gizlətməyə çalışır, həmişə şən və gümrah görünməyə çalışırdım. Bəzən elə olurdu ki, özümdən asılı olmadan dostlarıma, tanışlarıma, övladlarıma qarşı, heç bir səbəb olmadan kobudluq edirdim. Hətta mənə hamıdan yaxın olan insana – anama qarşı kobud rəftarım sonradan daxilən dərin təəssüf və peşmançılıq hissi keçirməyimlə nəticələnirdi. Anamdan uzaqda olduğum vaxtlarda hər şeyə görə özümü danlayırdım. İstəməzdim ki, valideynlərimin yaşadıqlarını Allah-Taala bir daha kimsəyə yaşatsın. Onların qanından və canından yaranan mən, onların həmişəlik ürək ağrısına çevrildim. Özümə, xəstəliyimə, ətrafımda baş verən hər şeyə nifrət edirdim. Əzab çəkir, qəzəbimdən günahkarları tapmağa çalışır, özümdən başqa kimsənin heç bir şeydə günahkar olmadığını dərk edərək sakitləşirdim. Bu mənim taleyim idi və məni sınağa çəkməkdən yorulmurdu: beş cərrahi əməliyyat, çoxsaylı şüa müalicələri və yenə də xoşəgəlməyən ehtimallar... 
    Məsələnin maliyyə tərəfi haqqında hər şeydən az düşünürdüm. Bu yükü çəkmək böyük qardaşımın çiyinlərinə düşürdü. Əgər onun maddi və mənəvi dəstəyi olmasaydı, yəqin ki, mübarizə üçün özümdə güc tapa bilməzdim. Təkcə onu deyə bilərəm ki, pul insana hava, su və günəş qədər lazımdır. Yaxşı klinikalar, yaxşı həkimlər... Qardaşım həmişə yanımda idi və ən ağır yük onun payına düşürdü. Moskvada olduğum vaxtlar daha yaxşı əhvalda görünməyə çalışırdım, qəlbimdə nələr çəkdiyimdən isə yalnız özüm və Allahın xəbəri olurdu. Əslində heç də ətrafdakıların düşündüyü kimi güclü deyildim. 
    Bu illər ərzində böyük qardaşımın xasiyyətinə dair özümçün bir sıra yeni kəşflər etdim. Məlum oldu ki, onu heç tanımırammış. Axı necə tanıyaydım?.. Mən ikinci sinifdə oxuyanda o, artıq məktəbi bitirib instituta daxil olmuşdu, sonrakı illərdə onun ordu sıralarında xidməti, əmək fəaliyyəti,.. və mənim ata evimizi tərk etməyim, onun ailəsi ilə Moskvaya köçməsi uzun müddət bizim bir – birimizdən ayrı yaşamağımıza səbəb olmuşdu. Biz yalnız uşaq ikən bir evdə yaşamışdıq. Lakin mənim müalicə üçün Moskvaya mütəmadi səfərlərim qardaşımın necə insan olduğunu anlamağıma kömək etdi. Bir tərəfdən o, sadəcə tərbiyəli bir insan təəssüratı yaradırdı, digər tərəfdən isə onda mənimçün ilk vaxtlar izaholunmaz dərin və daha əhəmiyyətli “nəsə” olduğu aydın idi. Bu “nəsə”- irsiyyətdən gələn daxili mədəniyyət və ziyalılıq idi. Yaxşı ədalar, xoşagələn hərəkətlər, başqalarına qarşı hörmət və diqqətcillik bu “nəsə”nin əsasında dururdu. Onun ailəsi, həyat yoldaşı və uşaqları artıq on ilə yaxındır ki, evlərində xəstə bir insanın uzun müddətli varlığına dözmək məcburuyyətindədilər. Lakin heç bir an belə onlara yük olduğumu mənə hiss etdirməyə çalışmadılar. Mən də yaxşı başa düşürdüm ki, mənim müalicəmə həddindən çox maddi vəsait sərf olunur və özüm də bu vaəsaitin heç olmazsa bir hissəsinin əldə olunması üçün nəsə etməyə çalışırdım. Bu məqsədlə Dövlət başçımıza, səhiyyə nazirimizə, ölkəmizin birinci xanımına və başqa instansiyalara müraciət etdim və onlardan cavab ala bilmədim desəm yalan olar. Cavab oldu... Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Vətəndaşların Respublikadankanar Müalicə Məsələləri üzrə” Komissiyası məni dəfələrlə müalicə edən Moskva şəhərindəki Burdenko adına Elmi Tədqiqat İnstitutunun həkimlərinin təyin etdiyi müalicəni ləvğ etmək qərarına gəlib, mənə zəng edib dedilər ki, yazılan müalicə üsulu sizə göstərilməyib... Və mənim varlı Vətənim yalnız Moskvaya aviabiletlərin pulunu ödəməyə razı oldu. Təbii ki, belə bir qərara məhəl qoymaq gülməli idi. Düşünürəm ki, burada şərh vermək yersizdir... 

    Bu illər ərzində müxtəlif xəstəliklərlə bağlı çoxlu kitablar oxudum. Onların içərisində həm yüksək elmi dərəcəli tibb alimlərinin, həm də özündə qorxunc xəstəliklərlə mübarizə aparmaq gücü tapan sadə insanların əsərləri vardı. Belə ki, Nişi, Hilda Klark, Doroqov, Bolotov, Todikov, Qoqulan, Rim Axmetov və daha bir çox istedadlı insanlar qarşılaşdıqları xəstəliklərdən yaxa qurtara bilmişlər və onlardan hər biri sağalmaq üçün öz mühüm və faydalı metodikasını insanlara kitablar vasitəsilə çatdırmağa çalışmışlar. Lakin çox təəssüf ki, bu üsul və metodlarla bir çoxları iş-işdən keçdikdən, xəstəlik öz işini gördükdən sonra tanış ola bilir. 
    Deyirlər, “hoppanmamış “hop” demə”. Heç mən özüm də qatarın qabağında qaçmaq istəmirəm. Və daim sağalmaq üçün yollar axtarır, əllərimi sakitcə yanıma salıb gözləmək istəmirəm. Axı belə olmur, nəsə mənə mütləq kömək etməlidir. Mən ənənəvi və qeyri-ənənəvi təbabətin bir çox üsullarına əl atdım. Sağlam həyat tərzi keçirməyə, düzgün qidalanmağa çalışdım, Nişinin qaydaları ilə yaşadım, acı otlardan hazıtlanmış “dərmanlar” içdim, vena daxilinə peroksid qəbulu ilə müalicə olundum, Bolotovun məlhəmini və Doroqovun iyrənc qoxuya malik ASD-2 pereparatını sınadım, ağır xəstəliklərdən şəfa tapmış bir çoxlarının üsullarını sınaqdan keçirdim. Ola bilsin ki, orqanizmimdə müəyyən yaxşılaşmalar oldu, lakin nəticə heç də tam gözlədiyim kimi deyildi. 
    Mənim indi kiminləsə öz həyat təcrübəm və yaşam tərzimlə bölüşməyə haqqım varmı? Əgər mən indi yazıram, sizsə oxuyursunuzsa, deməli mən varam, sözün həqiqi mənasında yaşayıram, növbəti çətinliklərin və sınaqların öhdəsindən gəlmişəm və mübarizədən çəkilməmişəm. Və əgər siz də indi bu məqaləni oxuyursunuzsa, sizin gözlənilmədən başınızın üstünü ala biləcək xəstəlikdən yaxa qurtarmaq şansınız var. 
    Doğrudur, mənim ömür payımın uzunluğu təkcə bizi Yaradana məlumdur, ancaq əgər insan yaşayırsa, o işləməli, qurub-yaratmalı və insanlar tərəfindən istənilməlidir. Həyatımın çətinliklərlə dolu son illərində içimdə bir-birinə uyğun gəlməyən ziddiyyətli fikirlər və duyğular baş qaldırırdı. İlk hiss etdiyim qorxu və inciklik idi və özümə çox yazığım gəlirdi. Zaman keçdikcə uzun sürən xəstəlik sayəsində məndə ətrafdakılara qarşı paxıllıq, qısqanclıq hissi baş qaldırırdı. Bəli, bu məhz belə idi. Ətrafdakılara baxaraq düşünürdüm: “Mən buna layiq idimmi?” Ancaq indi taleyimlə barışdıqdan sonra fərqli düşünürəm. İndi sadəcə özlərinə laqeyd yanaşan insanların halına acıyıram. İndi mənim içimdə bərkdən qışqırmaq, sağlamlığının dəyərini bilməyən, sağlam həyat tərzi keçirməyən hər kəsi qəflət yuxusundan ayıltmaq hissi baş qaldırıb. Bəlkə də bu məqalə məhz həmin içimdən gələn səsdir. 

    Keçək əsas mətləbə... 

    Siz mənimlə razılaşarsınız ki, heç kim xəstələnmək istəmir, hamı istəyir ki, çox yaşasın və xarici görünüşü sağlam olsun. Biz çalışırıq ki, keyfiyyətli məhsulla qidalanaq, təmiz sudan istifadə edək. 
    Son 20-30 ildə dünyada baş verən ekoloji problermlər hamıya yaxşı məlumdur. Belə problemlər olduqca çoxdur. Bunların da böyük əksəriyyətinin səbəbkarı elə özümüzük. Texnika dünyamızı addım-addım məhvə doğru aparır. Bu faktdır. Bu gün ekoloji problemlərin evimizdə, ətraf mühitdə, qida məhsullarımızda nəzərəçarpan ziyanları göz qabağındadır. Bütün bu problemlər əvvəl-axır insanların səhhətində çox böyük fəsadlar yaradır. Odur ki, bu gun kimsə, haradasa elmi əsası olan, belə şəraitdə sağlam qalmaq üçün insan sağlamlığına yardımçı olan bir məhsul ortaya çıxarıbsa, bu çox vacib bir məsələdir və mənə bu yöndə məlum olan bir informasiyanı sizlərlə bölüşməyi özümə borc bilirəm. 
    Sonuncu dəfə Moskvada məni müalicə edən həkimlə söhbət edərkən, ona dedim ki, artıq mənim gücüm tükənir, lakin hələ qarşıda ay yarım məni şüa terapiyası gözləyir. Bəs bu şüalanmaları bir az yüngül keçirməkdən ötrü mən nə etməliyəm? Həkim dedi birinci dəfə deyil, bilirsən ki, yeməyində pəhriz, təmiz hava, bir də... sənə bir preparat deyim, onu əldə edib bu müddətdə qəbul edə bilsən əhval ruhiyyən yaxşılaşacaq, terapiyanın təsirini yüngül keçirərsən. Birinci dəfə mən həmin gün həkimdən bu məhsulun adını eşitdim. 
    Ümumiyyətlə, həkimlər mənə bir dərmanı məsləhət görəndə, ya xalq təbabətinə aid bir məlumat eşidəndə, internetdə, kitablarda o haqda bütün məlumatlarla mütləq tanış oluram. Həkim mənə “Laminin qəbul elə...” deyəndə, yenə internetə üzümü tutdum və başa düşdüm ki, bu preparatın çox güclü elmi əsasları var. Internet səhifələrində bu məhsulun xüsusiyyətləri ilə tanış olduqca mən də yaşamaq eşqi daha da güclənirdi. Çətin olsa da, Moskvada bu məhsulu əldə edə bildim. Artıq Rusiya vətəndaşları da bu preparatı sifariş edib istifadə edirlər. 
    Laminin barədə məlumatlarla tanış olduqca maraqlı bir məqaləyə rast gəldim. Əlbəttə məqalə çox uzundur.     Lakin mən sizə həmin məqalənin qısa məzmununu çatdırmaq istəyirəm. 


*  *  * 

    Keçmiş Sovetlər Birliyi dönəmində, 50-ci illərdə Kostroma Vilayətindəki Yaqşkan xəstəxanasının həkimi Qavril Andreyeviç Kapustin ilk dəfə toyuq yumurtası ilə müalicə üsulunu tətbiq etmişdi. Kapustinin bu üsulu SSRİ Səhiyyə Nazirliyi tərəfindən qəbul olunub və geniş istifadə olunmağa başlandı. Üzərində təcrübə aparılan ilk xəstə Kapustin özü oldu. O ayağındakı bir yaradan əzab çəkirdi. Nə xəstəxanalar, nə də kurortlar ona kömək edə bilmirdi. Həkim Kapustin uzun düşüncələrdən sonra toyuq yumurtası ilə özünü müalicə etmək qərarına gəlir. Ilk iynədən sonra ayağındakı ağrı kəsilir və dördüncü iynə yaranı tamamilə sağaldır. Təəssüf ki, sonralar hansısa naməlum səbəbdən həkimlər rəsmən yumurta iynələrinin tətbiqini dayandırırlar. Lakin təklif olunan müalicə üsulu tamamilə unudulmadı və həmin üsul yaşayır və çox məhsuldar şəkildə bu gün də tətbiq olunur. 

    Sonralar Kapustin bu üsulla insanların ən ağır və çox yayılmış xəstəliklərini müalicə edirdi. Bu gün də təzə toyuq yumurtalarından alınmış iynələr ən güclü immunomodulyator hesab olunur. 

 

 

    Hələ Kapustinə qədər 1920-ci illərin sonunda Kanada alimi doktor Con R. Devidson mayalanmış toyuq yumurtalarından müəyyən vaxtda, daha dəqiq inkubasiya dövrünün 9-cu günündə götürülmüş hüceyrələrdən alınmış məlhəm üzərində tədqiqat aparırdı. Baxmayaraq ki, doktor Devidsonun sınaqları çox gözəl nəticə vermişdi, o vaxt bu üsul geniş yayılmadı. Yalnız 50 il keçdikdən sonra mayalanmış toyuq yumurtası hüceyrəsindən alınmış məlhəm üzərində tədqiqatlar Norveç alimi doktor Bjodne Eskeland tərəfindən yenidən bərpa edildi. Əvvəllər Con R. Devidson tərəfindən əldə olunmuş nəticələr öz təsdiqini tapdı. 
    Beləliklə, Norveç və Amerikan alimləri yumurtanın tərkibindəki maddələri akulanın proteinlərini, sarı noxudun fitoproteinləri, 22 amin turşusu ilə birləşdirməklə kapsullar hazırlamış və onu LAMİNİN adlandırmışlar. Lamininin unikallığı ondadır ki, 1920-ci ildən başlayaraq dərin tarixi olan elmi tədqiqatların möcüzəli nəticələri sayəsində mükəmməl şəklə salınaraq, insanların istifadəsinə verilmiş məhsuldur. Artıq yumurta iynələri olmadan belə yumurtanın içindəki yaşam enerjisinə sahib olmaq olar. 

    
Laminini daim istifadə etməklə aşağıdakı nəticələri əldə etmək olur: 

        1. Serotoninin miqdarını qaldırır. 
        2. Stresin hədini azaldır və düşkünlük (depressiya) hallarını götürür. 
        3. Yuxunu möhkəmlədir. 
        4. Emosional durumu yaxşılaşdırır. 
        5. Sağlam dəri üçün vacib olan təbii kollagenin ifrazına yardımçı olur. 
        6. Qocalma əlamətlərini azaldır. 
        7. Təbii DNT-ni stimullaşdırır. 
        8. Yaddaşı yaxşılaşdırır, diqqəti artırır, fikri cəmləməyə yardımçı olur. 
        9. Yaddasaxlama prosesini sürətləndirir (təhsilin keyfiyyətini yaxşılaşdırır). 
        10. Testesteronun ifrazını stimullaşdırır. 
        11. Fiziki gücü və orqanizmin dayanıqlılığını artırır. 
        12. Fiziki ağrıları azaldır, daha sonra aradan qaldırır. 
        13. Əzələ tonusunu qaldırır. 
        14. Həyat enerjisini artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. 
        15. Orqanizmdə piy təbəqəsini əridir, bu da ağır fiziki hərəkətləri etmədən və qida rejimini pozmadan         arıqlamağa səbəb olur. 
        16. Qanda qan şəkərinin miqdarını azaldır. 
        17. Qan təzyiqini tənzimləyir. 
        18. Ümumi məmnunluq duyğusunu artırır. 

    Bu gün internetdən laminin haqqında kifayət qədər informasiaya əldə etmək olar. Laminin istifadə edən insanların gördüyü nəticələr olduqca çoxdur. Sadəcə YouTube.com saytında Laminin sözünü yazıb axtarış vermək kifayətdir ki, bu möcüzəli preparat haqqında onlarla videodan mükəmməl məlumatlara malik olasan. 

    İndi isə sizə bu məhsulu hazırlayıb yaymağa başlayan kompaniya barədə məlumat vermək istərdim. 

    LifePharmİnc şirkəti artıq 25 ildən çoxdur ki, dünya bazarında müxtəlif məhsulları ilə Sony, Boyinq, Coca-cola firmaları kimi tanınmış bir şirkətdir. LifePharmInc-in baş ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşir. Lamininin dünya bazarına çıxarılması üçün LifePharmİnc sırf bu sahədə ixtisaslaşan LifePharm Qlobal Network adlı daha bir şirkət təsis etmişdir. Şirkətin istehsal etdiyi yeganə məhsulun bu preparat olması heç də qüsur yox, əksinə üstünlük hesab oluna bilər, çünki məhsulun hazırlanmasına maksimum vaxt, diqqət və məsuliyyət sərf olunur. Bu layihə çox qısa bir zamanda dünyanın hər nöqtəsində özünü tanıdacaq. Şübhəsiz Azərbaycanda da. Hazırda sözügedən layihə Kanadada, Koreyada, İndoneziyada, Filippin adalarında və Malayziyada öz nümayəndəliklərini açıb. Rusiyada, Ukraynada, Qazaxıstanda, Qürcüstanda da bu məhsul artıq istifadə edilir və bu ölkələrin həkimləri artıq pasiyetlərinə bu məhsulu qəbul etməyi məsləhət görürlər. 


    LifePharm Global Network kompaniyasının əsas məqsədi insanlara kömək etməkdir. Siz bilirsiz ki, nə gədər klinik tədqiqatların aparılmasına baxmayaraq, əgər məhsul keyfiyyətsizdirsə o yayılmayacaq. Lamininin effektinə artıq şübhə yoxdur, minlərlə insan bu məhsuldan artıq faydalanıb. Bu layihədə şəxsən məni qane edən əsas məqam hansıdır: bu layihədə iştirak edənlərin hamısı Laminin qəbul edir - şirkətin prezidentindən başlayaraq adi bir partnyoruna qədər. Hətta Lamininin gəbul edilməsi bunların əsas şərtlərindən biridir. 
    Yəqin ki, son məlumat çoxlarınızda oxşar bir reaksiyaya səbəb olacaq: “Deməli, bu da bir biznesdir! Yenə də söhbət puldan, qazancdan gedir, insanların sağlamlığı isə ikinci plandadır...” Məgər bizim hər addımımız biznes deyilmi? Biz ərzaq alırıq – bu biznesdir, paltar alırıq biznesdir, poliklinikalara gedirik – elə bu da biznesdir. Nədən həmin şirkətin bu gün bizə təklif etdiklərindən faydalanmayaq? Nədən güclü reklam olunan, ziyanlı məhsulları alıb istifadə edirik, amma belə təmiz məhsula şübhəylə yanaşmalıyıq? Və mən, uzun müddər ağır xəstəlik keçirən birisi kimi bu məhsulun böyük faydasını hiss etdiyimdən, gələcək nəsillərimizin sağlam yetişməsi və müxtəlif xəstəlikdən əzab çəkən soydaşlarımızın tam sağalması üçün bu məhsuldan istifadə etmələrini tövsiyə edirəm. Lakin ümid edirəm ki, bu şirkət tezliklə Azərbaycanda da öz təmsilçiliyini yaradacaq və insanlar asan yolla bu məhsuldan istifadə etmək imkanına malik olacaqlar. 
    Bir daha xatırladım ki, mən Laminini artıq 2 aydır qəbul edirəm və özümdə müsbət dəyişiklərin baş verdiyinin şahidiyəm. Prepat məni narahat edən neqativ fikirlərdən uzaqlaşdırıb, yalnız pozitiv fikirlər məni düşündürür. Mən bu məhsulu şüa terapiyası qəbul etməyə başlayan gündən qəbul etməyə başladım və müalicəni əvvəllər olduğu kimi ağır deyil, çox yüngün keçirdim. Laminin ən çox müsbət təsirini gözlərimdə hiss etdim ki, yeni aldığım eynəkdən heç istifadə etmədim. 
    Düşünürəm ki, lamininin kəşfi və mənim onunla tanışlığım bir qədər gecikmişdir və ola bilsin ki, laminin mənim orqanizmimdə olan fəsadları tamamilə aradan qaldıra bilməz, lakin kömək edəcəyinə artıq tam əminəm. Nə vaxtsa, haradasa oxuduğum bir ifadə var: “Əgər insanı sağaltmaq mümkün deyilsə, bu o demək deyil ki, ona kömək etmək olmaz”. 
    Sonda onu da qeyd edim ki, yuxarıda yazdıqlarım heç də o demək deyil ki, bu gun səhhətində problemləri olanlar həkimə müraciət etmədən özünü ancaq mənim haqqında söhbət açdığım preparatla müalicə etsin. Mən bu yazımla onu diqqətinizə çatdırmaq istəyirəm ki, hər bir səhhətində problemlər olan, yaxud ümumiyyətlə sağlam yaşamaq istəyən insanlar üçün laminin zəmin yarada bilər. Və çox yaxşı olardı ki, səhhətində problemləri olub həkimə müraciət edən insanlara həkimlər resept yazdıqda, təyin etdikləri dərman preparatları ilə yanaşı laminin də qəbul etməyi tövsiyə etsinlər. Hamı bilməlidir ki, artıq bütün sahələrdə, o cümlədən təbabətdə elm elə inkişaf edib ki, xəstəliklərin qarşısını almağa hər bir insana şans verilir. Sağlamlığınızı qoruyun ki, Allahın verdiyi ömürü sonacan problemsiz yaşaya biləsiniz.

İradə RÖVŞƏN,
irada_r@mail.ru


Обновлен 08 фев 2014. Создан 12 янв 2014



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi