Ramin Sadıqov: ”Mart hadisələrini doğuran əsas səbəb, Azərbaycan xalqının istiqlaliyyət düşüncəsini boğmaq idi”

Müsahibə



 

AMEA Şəki Reginal Elmi Mərkəzinin elmi işçisi, AMİ Şəki filialının əməkdaşı, ADR tarixi üzrə tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqovla müsahibə.


 

- Ramin bəy, 1918-ci ildə mart soyqırımını həyata keçirən bolşevik-daşnaq qüvvələrininəsas məqsədlərinin arxasında nələr dururdu? Mart hadisələrin doğuran səbəblər nə idi? 

         - 1918-ci ilin 31 Mart Azərbaycan xalqının tarixində qara səhifələrdən biri kimi həkk olunub. 31 Mart həqiqətən Azərbaycan millətinin qan yaddaşına qara hərflərlə yazılmış bir gün, soyqırım günüdür. Soyqırım sözü, bir milləti qəsdli şəkildə məhv etmək mənasına gəlməkdədir. Şübhəsiz həm 20-ci əsrin əvvəllərində (yəni 1905-1907-ci illərdə və 1918-ci ildə Bakı və Azərbaycanın müxtəlif bölgələrində) həm də əsrin sonlarında (yəni 1992-ci ildə Xocalıda) erməni vəhşiləri tərəfindən dinc Azərbaycan əhalisinə qarşı törədilən kütləvi qırğınları soyqırım deyil də nə adlandırmaq olar?

Fikrimcə Mart hadisələrini doğuran əsas səbəb, Azərbaycan xalqının istiqlaliyyət düşüncəsini boğmaq idi. Məsələn, 8 Mart 1918-ci ildə Bakı Sovetinə rəhbər seçilən Stepan Şaumyan ilk günlərdən etibarən Azərbaycan istiqlalını arzulayan yerli xalqa, “Sizə Azərbaycan istiqlalı yerinə bir məzarlıq bəxş edəcəyəm” deyirdi. Bolşevik Şaumyan, mərkəzin, yəni Leninin istəyinə görə gəlmişdi Bakıya. Bolşeviklər üçün Bakını əldə saxlamaq və Bakı neftini Azərbaycan xalqının ixtiyarına verməmək gərəkirdi. Buna görə də yuxarıda dediyim kimi xalqın istiqlaliyyət arzusunu söndürmək və sərvətini talamaq üçün Mart qırğınını törətdilər.

         - Bu qırğınlar Azərbaycanda yaşayan başqa millətə qarşı aparılırdımı? 

- Xüsusən erməni və bolşeviklərin Qubada törətdikləri cinayətlər nəticəsində Azərbaycanlılarla yanaşı Yahudilər də soyqırıma məruz qalıblar. 2007-ci ildə ortaya çıxarılmış Qubadakı kütləvi məzarda 400-əyaxın insan skeleti tapılıb ki, bunların da bir qisminin Yahudilər olduğu isbat olunmuşdur.

 

- O zaman ermənilərə qarşı müqavimət göstərən Azərbaycan qüvvələr var idimi? 

   Təəssüflər olsun ki, o vaxtlar ermənilərə qarşı mübarizə aparacaq qüvvələrimiz az idi. Bilirsiniz, Çar Rusiyası dövründə Qafqazdan türkləri, yəni bizləri əsgərə çağırmırdılar. Düzdür, Rus hərbi məktəblərində oxumuş savadlı Azərbaycanlılar var idi. Lakin onların sayı həm az idi, həm də onlar Çar ordusuna xidmət edirdilər. Ümumiyyətlə xalq silah işlətməyi, hərb sənətinin incəliklərini bilmirdi. Ayrıca mart qırğınları sırasında xalqın silahsız olması da erməni vəbolşeviklər qarşısındakı gücsüzlüyü idi. Halbuki ermənilər, həm yaxşı silahlanmışdılar, həm də bolşeviklər onlara hərbi təlimlər keçirdilər. Bu mənfi hallar, ermənilərə müqavimət göstərmək məsələsindəxalqımızın əlini zəiflədən əsas cəhətlər idi.

- Əgər, o zaman Nuru paşanın başçılığı altında Qafqaz İslam Ordusu Azərbaycana gəlməsi idi, nələr baş verəcəkdi? 

Azərbaycan istiqlaliyyətini elan etdikdən sonra Osmanlı dövləti tərəfindən tanındı və ilk beynalxaq müqaviləsini də adı keçən dövlətləbağladı. Bu dönəmdə ordudan və hərbi gücdən yoxsun Azərbaycan, erməni və bolşeviklərin Azərbaycan ərazilərində törətdikləri qırğınların qarşısını ala biləcək gücdə deyildi. Məhz bu səbəbdən, Osmanlı ilə bağlanmış müqavilədə, ehtiyac duyulması halında Osmanlının Azərbaycana hərbi yardım edəcəyi şərti yer almışdı.

Erməni və bolşeviklərin xüsusən Gəncə üzərinə hücum hazırlıqlarında olmaları, Bakı, Şamaxı, Quba və digər bölgələrdən sonra Gəncədə də böyük bir qırğına səbəb olma təhlükəsini yaratmışdı. Osmanlı höküməti də müqavilə şərtinə əsasən Nuru paşa rəhbərliyindəki Qafqaz İslam ordusunu Azərbaycana yolladı. Bu orduya Azərbaycanlı könüllülər də dəstək verdilər və Qafqaz İslam ordusunun şücaəti ilə Bakı düşməndən azad olundu.

Şübhəsiz açıqca söyləmək lazımdırsa, Nuru Paşa rəhbərliyindəki Qafqaz İslam ordusu köməyə gəlməsə idi əvvəlcə istiqlaliyyətimizi qoruyub saxlamaq məsələsi mübahisə doğuracaqdı. İkincisi, Gəncəvə digər Azərbaycan ərazilərində erməni və bolşeviklərin daha böyük qırğınlar törədə biləcəkdilər. Bu söylədiklərim fərziyyə deyil. Hadisələrin gedişatı onu göstərirdi. Üçüncüsü, istiqlaliyyat bəyannaməsinə görə Bakı, ölkənin paytaxtı kimi göstərilmişdi. Lakin düşmən işğalı altında idi. İstiqlaliyyətin bütün ölkə ərazilərində, həmçinin Bakıda bərqərar olması zəruri idi, buna görə də Bakı mütləq düşməndən təmizlənməli idi. Nuru Paşanın gəlişinin ən böyük töhfəsi elə bu oldu.

 

Elnur ELTÜRK

http://milletim-az.com/

URL: http://milletim-az.com/?mod=news&act=view&nid=1029

31 mart 2013 

 



Создан 12 дек 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi