ŞREM-də Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib.




AMEA Şəki Regional Elmi Mərkəzində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

 

Tədbiri giriş nitqi ilə açan mərkəzin direktoru, professor Zəkəriyyə Əlizadə yeni təşkil olunacaq şuranın gənc alimlərin inkişafında oynayacağı roldan, respublika və AMEA rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışdı.


Tədbirdə çıxış edən ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, elmi katib, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov və başqaları gənclərin elmə həvəsləndirilməsi, onların sosial və digər poroblemlərinin həlli üçün əlverişli şərait yaradılmasının önəmliyini vurğuladılar, şuranın gənclərin daha səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar yaradacağını bildirdilər.


Sonra iclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.


Tərkibi 17 nəfərdən ibarət olmaqla kiçik elmi işçi Rahim Həsənov Şuranın sədri, elmi işçi Vüqar Nəsrullayev və kiçik elmi işçi Aqil Mustafayev sədr müavinləri, Sevinc Hüseynova isə katib seçildilər.

 

Mənbə: www.science.gov.az



Создан 03 дек 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi