Enerjinin əhəmiyyəti

Müəllif: Yusif ŞÜKÜRLÜ, f.-r. üzrə fəlsəfə doktoru



ENERJİNİN ƏHƏMİYYƏTİ

 

Yusif ŞÜKÜRLÜ, 

ŞREM-in aparıcı elmi işçisi,

fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru

 

ENERJİ  bütün canlı həyatın varlığı və bu varlığın dəvamı üçün ən zəruri və ciddi amildir. Enerji təkcə insanın deyil, bitki və heyvanat aləminin də həyat və davamiyyəti üçün olduqca vacibdir. İnsan enerjivasitəsi ilə həm gündəlik normal həyatını davam etdirir, həm də elmdə əldə etdiyi bilikləri texnikaya tətbiq etməklə istehsalatda daha irəliyə gedir.

 

Enerjinin bu qədər əhəmiyyətli olması biz  insanlara tam şəkildə məlumdur. İnsan müxtəlif yol və üsullarla enerji əldə etməyə çalışır. Bizim qarşıya qoyduğumuz və həll etməyə çalışdığımız əsas məqsəd enerjinin nədən və hansı üsulla əldə olunması haqda fikir söyləməkdir. Həmin məqsədi bir sual kimi götürsək, alimlər bu suala cavab axtarmaqda davam edirlər. Onlar bir cavabı kütlə defektində tapdılar. İki atom nüvəsi birləşib yeni bir nüvə yaradan zaman, alınmış nüvənin kütləsi reaksiyaya girən nüvələrin kütlələrindən az olur, yəni kütlə defekti əmələ gəlir. Həmin kütlə defekti proporsional şəkildə enerjiyə çevrilmiş olur. Fiziklər enerji vahidi kimi coullardan istifadə edirlər. Bir coul enerji bir nyuton qüvvənin öz üstiqamətində olan bir metr yolda gördüyü işə bərabərdir. Qüvvə vahidi nyuton da bir kiloqram kütləli cismə bir saniyə ərzində saniyədə bir metr sürət verə bilir. Kütlə defekti kiloqramlarla ölçülür. Amma, sən demə, kütlə elə enerjini saxlayan fiziki kəmiyyətdir. Birinci olaraq bunu Eynşteyn gördü və göstərdi ki, kütlədə nə qədər enerji saxlandığını hesablamaq üçün onu işığın vakuumdakı sürətinin kvadratlna vurmaq lazımdır. İşıq sürəti özü böyük ölşüyə malik olan və nisbilik nəzəriyyəsinin əsasında dayanan fundamental sabitdir. Enerji coulla, kütlə kiloqramlarla ölçülən Beynəlxalq ölçü sistemində sürət bir saniyədə gedilən yolun metrlə uzunluğu ilə ölçülür. Bu hesabla işığın vakuumdakı sürəti saniyədə üç yüz milyon metrdir. Onun da kvadratı edir. İndi baxın,  kütlə enerjiyə çevrilsə , bu təqribən on milyon miyyard coul enerji deməkdir.

 

Kənardan baxıldıqda nüvədən enerji alınması üsulu çox cəlbedici görünür. Amma müasir dünyamızda baş verən son hadisələr, bizə bir daha sübut etdi ki, bu üsul təhlekəlidir, - başqa üsullar axtarmaq lazımdır. Belə ki, təkcə atom elektrik stansiyalarında baş verən qəzalar deyil, əgər atomun parçalanması zamanı ardıcıl gedən reaksiyaları tənzimləmək mümkün olmasa, Yeri öz orbitindən çıxara bilən, bəlkə də bütün Günəş sistemini dağıda biləcək böyük bir partlayış meydana gələr. Yada salaq ki, bir neçə il bundan əvvəl Yaponyada baş verən hadisələr bizə bir daha ucuz yolla enerji əldə edilməsinin çox təhlükəli olduğunu subut etmiş oldu. Elmin nəaliyyətlərindən istifadə edib enerji əldə etmək üçün, idarəolunmayan proseslərə baş vurmaqla insanın bu qədər böyük təhlükə yaratmağa heç bir haqqı yoxdur.

İnsan özü də bunu müəyyən qədər dərk edir və uzun müddətdir ki, o, yeni alternativ enerji mənbələri axtarışı üzərində işləyir. Küləyin enerjisindən istifadə, tullantı məhsullarının yenidən işlənməsindən və başqa üsullardan istifadə edilməsi təklif olunur. Amma şübhəsiz ki, bu və ya digər xırda üsullar insanın enerjiyə olan təlabatını tam şəkildə ödəyə bilməz. Bizə həm maddi, həm də ekoloji cəhətdən daha səmərəli olan və lazım olan qədər enerji əldə etməyin bir üsulu lazımdır.

 

FİZİKİ VAKUUM


Qeyd etməliyik ki, fiziki vakuum uzun illər insanın çox da maraq dairəsində olmamışdır. Fiziki vakuum dedikdə tamamı ilə heç nəyin olmadığı bir boşluq başa düşülürdü. Biz fizikanın bəzi qanunlarını qəbul edəndə, məsələn, cismin sərbəst düşməsi məsələsini həll edəndə havanın müqavimətini nəzərə almırıq. Bu o deməkdir ki, cisim boşluqda, yəni vakuumda hərəkət etdiyini təsəvvür edib, qəbul edirdik. Belə məsələlin həlli zamanı boşluğun bizim üçün başqa mənası yox idi. Amma havanın olmadığı şəraitdə belə nəzərə almalıyıq ki, boşluq tamamı ilə heç nə demək deyil. Əgər bir cisim bizim təsəvvür etdiyimiz “boşluqda” sərbəst düşürsə, deməli burada qravitasiya qarşılıqlıtəsirini ötürən bir vasitə olmalıdır.

 

İndi baxaq, görək bu “boşluq” nədir, burada həqiqət nədən ibarətdir. Alimlər müəyyən ediblər ki, bizim təsəvvür etdiyimiz “boşluq” tam bir boşluq olmamaqla bərabər, onun içərisində çox böyük miqdarda enerji var. Görkəmli nəzəriyyəçi alimlər - R.Feyman və C.Uiler, belə bir qərara gəldilər ki, adi elektrik lampasının içərisində (yəni onun boşluğunda) o qədər çox enerji vardır ki, onunla Yer planetindəki bütün okeanların suyunu qaynatmaq olar. Bu misal bizə heç nəyin olmadığını təsəvvür etdiyimiz boşluğun nə qədər böyük enerji saxladığını qiymətləndirməyə imkan verir.

 

Yeni ümumdünya əhəmiyyətli kəşflərin əsas mənası belə ifadə olunur: bütün kainatda fiziki boşluq - vakuum üstünlük təşkil edir. Fiziki vakuum bütün kainatda və materiyanın adi formalarında belə mövcuddur, onlar fiziki vakuumun daxilində mövcuddurlar. Bütün bəşəriyyət və materiya fiziki vakuum – onun enerjisi ilə yaranmışdır. Fiziki boşluq ən çox enerjili sahə sayılır. Sözün əsl mənasında, fiziki vakuum həyat üçün vacib olan və ekoloji cəhətdən ən təmiz olan enerjidir.

 

Fiziki vakuum, həm də kainatın informasiya sahəsidir. Yəni informasiya daşıyıcısı olan elektromaqnit və qravitasiya dalğaları bu boşluqda yayılır. Mən hələ 1998-ci ildə çap olunmuş “Yetti” adlı elmi-fantastik romanımda elektromaqnit dalğaları və qravitasiya dalğaları ilə informasiya daşınmasının fərqini aydınlaşdırmağa çalışmışdım. Bunlardan ən əhəmiyyətlisi və insanlıq üçün daha əlverişli olacağı güman edilən qravitasiya dalğalarıdır. Hər iki növ dalğa boşluqda yayıla bilir, lakin qravitasiya dalğaları bir muhitdən digər muhitə keçdikdə sınmır, azalmır. Bu da həmin dalğalardan istifadənin insalıq üçün daha əlverişli olması deməkdir.

 

İndiki zamanda fizikanın elmi axtarışlarında fiziki vakuum istiqaməti formalaşır. Alimlər  fiziki boşluğa yeni enerji mənbəyi kimi baxırlar. Yeni texnalogiyalar eldə etməklə, ekoloji cəhətdən əlverişli olan bu enerji mənbəyindən istifadə edilməsi nəzərdə tutulur.

 

Dünyada fiziki vakuumun (boşluğun) rolunu və yerini başa düşmək üçün biz boşluq və materiyanın bir-biri ilə necə əlaqələndiyini dərk etməyə və qiymətləndirməyə çalışmalıyıq. Bu prosesdə Kainatda yaranan nəhəng ölçülü quruluşların yaranması üzərində tədqiqat işləri aparan, görkəmli fizik  Y.B.Zeldoviçin maraqlı fikirləri var. O, deyir: -“Bəşəriyyət böyükdür. Yerdən Günəşə qədər olan məsafə 150 milyon kilometrdir. Günəş sistemindən Qalaktikanın mərkəzinə qədər olan məsafə isə bundan 2 milyard dəfə daha böyükdür. Öz növbəsində Kainatın görünən ölçüləri bu məsafədən milyon dəfələrlə daha böyükdür. Ümumiyyətlə, Kainat - aralarında olan çox böyük məsafələr (boşluqlar) ilə, çox böyük kütlə ilə bir-biridən fərqlənən varlıqları ilə, sonsuzluğu və varlıqların çoxluğu ilə mğvcud olan nəhəngdir.”

 

Məlumdur ki, bərk maddəni tərkib hissəsi olan atom, bizə məlum olan hər hansı bir əşyadan dəfələrlə kiçikdir. Ancaq özünün mərkəzində yerləşən nüvədən dəfələrlə böyükdür. Əgər nüvəni buğda boyda etmək istəsək, onda atom böyüyərək, ölçüsünü 10 metrlərə qədər artacaqdır. Bu vaxt nüvə böyüdüyü üçün elektronlarla nüvə arasında zərrəciklərlə dolmayan böyük bir boşluq yaranır. Ancaq bu boşluq bir sistem deyil materiyanın xüsusi forması olan fiziki boşluq və ya fiziki vakuumdur.

 

Elm fiziki boşluğu (vakuumu) belə təsəvvür edir: vakuum heç nə deyil, onun özündə həddən artıq heç nə  var. Hansı ki, dünyadakı hər şey bu heç nədən yaranır və zərrəciklərin tərkibi o heç nədən qurulur. Belə çıxır ki, hətta bərk və çəkili əşyanın içindəki boşluq zərrəcikdən çox materiyanı əvəz edir. Beləliklə bu nəticəyə gəlirik ki, böyük ölçülü materiyanın vakuumla dolu hissəsində zərrəciklər bir istisnalıq təşkil edir. Yəni burada nə qədər zərrəcik görünsə də, əsas olan vakuumdur, zərrəcik yalnız vakuumun maddiliyini təşkil edir. Vakuumun, daha geniş miqyasda, madiliyini isə materiya təşkil edir. Elə zərrəciklərin tərkibi fiziki boşluğun tərkibini, materiyanın qanunları isə vakuumun əhəmiyyətini ortaya çıxarır.

 

Elmin vakuum haqqındakı ən son rəyi belədir: - “Vakuumdakı hər şey və bizim ətrafımızdakı hər şey vakuumdur”. Fizika elmi vakuum haqqında biliklərini daha da təkminləşdirdi: - “Fiziki vakuum müasir cəmiyyət üçün bir çox problemlərin həllində, o cümlədən enerji və ekologiyada bizi irəli apara biləcək mühüm şansdır, vasitədir. Biz bundan əvvəl enerji əldə etmək üçün zərrəciklərə qeyri-vakuum nəzəri ilə baxırdıq. Hələ indi də bu baxış dominantlıq təşkil edir. İnsanlar zərrəciyə keçmədən vakuumda olan enerjini, onun böyüklüyünü hələ də dərk etmir. Yəni insanlar enerji içərisində üzür, amma yenə də enerji aclığı ilə yaşayırlar”.

 

Sonda deyilənlərə onu əlavə etmək olar ki, astronomlar belə hesab edirlər və subut olunub ki, materiyadakı boşluqda həqiqətən nəhəng ölçüdə enerji mövcuddur. Belə ki, bu enerjinin yalnızca 2-3 %- i sərf olunmaqla Bizim Qalaqtika, ulduzlar və planetlər qurulub. Görün, bu enerjinin hələ nə qədər hissəsi bizim ondan istifadəmizi gözləyir!..

 

Uilerin (John Archibald Wheeler (July 9, 1911 – April 13, 2008)) bir kitabında yazır ki, kosmosda (yəni Kainatın ənginliklərində) müşahidə olunan enerji sıxlığı 10-9 coul/kubmetrə yaxındır. Yəni Kainar 1072 coul enerjiyə malikdir. Buna görə heç təəccüblü deyil ki, fiziki vakuum son nəticədə bütün mövcud enerji növlərinin mənbəyi sayılır və enerji almaq üçün ən əlverişli vasitədir.

 

MÖVZUNUN ƏSAS MƏQSƏDİ


Bu elmi layihəmizdə əsas məqsədimiz müasir və qloballaşan dünyanın enerji ehtiyacı probleminin həllinə çalışmaqdır. Biz burada alternativ enerji mənbəyinin ən yaxşısına diqqət çəkməyə çalışdıq. Bu mənbə fiziki vakuumdur. Biz ondan həm istədiyimiz (yəni təlabatımızı ödəyə biləcək qədər), həm də ekoloji cəhətdən daha təhlükəsiz enerji əldə edə bilərik.

 

"Şəki bələdiyysi" qəzeti



Обновлен 23 сен 2013. Создан 22 сен 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi