Birinci Dünya Müharibəsindən sonra Türkiyə-Azərbaycan münasibətlərində gərginlik

Müəllif: Rahim Həsənov, ŞREM-in elmi işçisi



   Birinci Dünya Müharibəsindən sonra Türkiyə-Azərbaycan 

münasibətlərində gərginlik

 

Rahim Həsənov,

Şəki Regional Elmi Mərkəzin elmi işçisi


 

Osmanlı imperiyası Birinci dünya Müharibəsindən  məğlub çıxdıqdan sonra Anadoluda milli mücadilənin  başanğıcı və gedişində  işğalçı güclərə qarşı bütün cəbhələrdə dəyişik takatikalarala döyüş getdiyi bir dövrdə,Türkiyə üçün həm siyasi həm də ordu qurma baxımından xarici dəstəyə ehtiyac var idi.Həmin dövrdə Türkiyədə  qərb və şərq meyilli siyasət yürüdən qruplaşmaların sayı artmışdı.Orduda bolşevik meyilli adamların olub olmadığını soruşan Hüseyn Avniyə Kazım Qarabəkir paşa sərt olaraq qərbi və ingilis işğalını İstanbul hökümətinin dəstəklədiyini,şərq ilə əlaqə yaratmadan başqa qurtuluş yolunun olmadığını qeyd etmişdir.

Ağır döyüşlərin getdiyi bir zamanda Mustafa Kamal paşanın da bolşevilklərlə bağlı fikirləri olmuşdur.Mustafa Kamal fikirlərini belə izah edirdi: a)Bolşeviklərlə təmasa gələn ya bolşevik olur ya da onunla savaşır.b)Bizim bolşeviklərə qarşı çıxmamız üçün qalib dövlətlər ərəb olmayan yerləri bizə verirlər.Bu dövlətlər hazırda buna zərurət görmürlər.Bizi əzib mühasirəyə almaq və məhv etmək istəyirlər.Bizim üçün ən faydalı variant Qafqazdır.Yəni İran və başqa dövlətlər bir fayda verməz ,nə orda dəmir yolu var nə də arxada bir qüvvət.Qaliblər Qafqaz dövlətlərinə əlavə kömək edərək müstəqilliklərini möhkəmlətmək istəyir.Biz bolşevik istilasını təshil (asanlaşdırma.R.H) edib onunla təmasa girsək,Doğuda bütün qapılar açılır və  müstəmləkə dövlətlərinin durumu təhlükəyə düşər.Bunlar edilməzsə siyasi ortadan qalxa bilər.

Mustafa Kamal paşanın bu siyasi xətti Türkiyə Azərbaycan əlaqələrinin iflası sayılırdı.Yarandığı dövrdən əsas dəstəyi alıdığı dövlətin siyasi xəttinin dəyişməsi Azərbaycan üçün böyük bir zərbə demək idi.Qərb dövlətlərinin həmin dövrdə ikili siyasəti isə həmin dövlətlərdən Azərbaycan üçün real yardımın alınmasına əngəl törədirdi.1918 ci iln sonlarına qədər Türkiyə Azərbaycan münasibətlərində istiləşməyə doğru hər hansısa ümid olduğu halda 1919 cu ildən etibarən bu ümidlər get gedə azalmağa başlayırdı.1919 cu ilin əvvəllərindən başlayaraq Mustafa kamal paşa və onun ətrafı Sovet Rusiyası ilə yaxınlaşmaq üçün variantlar axtarırdılar.Sovet Rusiyası üçün də Türkiyə ilə yaxınlaşma hər tərəfdən xeyirli idi.Əgər Türkiyə Qafqaz məsələsində burada yaradılan respublikalara əsasəndə Azərbaycana dəstəyi dayandırsa idi bolşeviklər üçün ərazinin tutulması üçün şans yaranmış olurdu.İlk təmaslarda Sovet Rusiyasından yardım istənildi və müsbət cavab alındı.Mustafa Kamal və onun ətrafı konkret olaraq Qafqazın Sovet Rusiyasına güzəştə gedilməsi ilə bağlı addımların atılmasına razı idilər.Onlar belə düşünürdülər ki,Sovet Rusiyası da imperialistlərə qarşı ədalətli müharibə aparır.Məsələnin başqa bir tərəfini nəzərə alsaq müharibədə Türkiyənin məğlub olması onun ərazisinin müttəfiq qüvvələr tərəfindən işğal edilməsi hətta alçaıdıcı Sevr müqaviləsi(1920 ci il.R.H)  ilə dövlətin süqutunun reallaşmasını Sovet Rusiyası ilə yaxınlaşmanın əsas səbəbi kimi götürmək olar.Digər tərəfdən Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra onun köhnə müttəfiqləri İngiltərə ,Fransa , ABŞ ın bu dövləti tanımaması və ona qarşı olan qüvvələrə dəstək verməsi təklənmiş Türkiyə ilə yaxınlaşmanı sürətləndirməyə bilməzdi.Başqa məğlub olan dövlətlər Almaniya,Bolqarstan ,Avstriyadan fərqli olaraq bu ölkələrdə antiimperialist hərəkat gedirdi və bu iki ölkədə müttəfiqlər öz istədikləri hakimiyyət orqanlarını yarada bilməmişdilər.Buna görə də Türkiyə ilə Sovet Rusiyası arasında yaxınlaşma zərurətdən irəli gəlirdi.Onların yaxınlaşamsını müəyyən dərəcədə ideoloji yaxınlaşma kimi də qeyd etmək olar.Düzdür Anadoluda başlanan hərəkat bolşevizmdən uzaq idi.Ancaq burada da antiimperialist ideologiya hökm sürürdü.Sovet Rusiyası isə  öz niyyətlərini antimperialist ideologiyada gizlətmişdi.Bu iki dövlətin konkret qərb dövlətlərinə qarşı fikir ortaqlığı onların yaxınlaşmasını sürətləndirirdi.Yaxınlaşmaya isə ən böyük maneə Qafqaz idi.Mustafa Kamal paşa Sovet Rusiyası ilə yaxşılaşamaya həyati bir önəm verirdi.Bu Mustafa Kamalın Kazım Qarabəkir paşaya göndərdiyi məktubda da öz əksini tapır:“Türkiyə Qafqazda bolşevik istilasının asanlaşdırıb onunla bərabər hərəkət edərsə,qərbdən şərqə, doğruAnadolu,Suriya ,İran, İrak, Əfqanstan,Hindistan qapılarını müdhiş bir surətdə açmış olacaqdır.Bu açıq qapıların bağlanması üçün müttəfiqlər sürətli hərəkət edə bilməyəcəklər.Bu səbəblə Qafqaz səddinin yarılmasını Türkiyənin qəti şəkildə yox edilməsi proyekti sayaraq,bu səddi Qalib dövlətlərə çəkdirməmək üçün ən son yollara baş vurmaq,və bunun uğrunda hər bir təhlükəni göz altına almaq məcburiyyətindəyik.Qafqaz dövlətləri bizə sədd olamağa qərar vermişlərsə,birlikdə hücum üçün Sovetlərlə anlaşmaq,daxilən milli təşkilatı son dərəcə genişləndirib əlavə etməkdir.Bu çərçivədə İngiltərə ilə iş biriliyi içərisində olan Azərbaycanın da xəbərdarlığı gündəmə gəlmişdir.

Mustafa Kamalın Türkiyənin strategiyasını cızması Azərbaycanın müstəqilliyinə real təhlükə idi.Mustafa Kamal Qafqaz dövlətlərini sədd adlandırsa da,bunu da qeyd etmək lazımdır ki,Cənubi Qafqazda yaşayan xalqlarında öz müqədaratını həll etmək müstəqil dövlətlərini yaratmaq hüququ var idi.Azərbaycanın yaratdığı demokratik cumhuriyyət isə onun qurduğu ilk dövlət deyildi və Azərbaycan xalqı tarix boyu öz dövlətlərini qurmağı bacarmışdır.Yəni Mustafa Kamalın dediyi sədd əslində hər hansısa bir xalqın yaratdığı və istiqlaliyyətini dünayaya tanıtmaq istədiyi bir Xalq Cumhuriyyəti idi.Digər tərəfdən Azərbaycanın İngiltərə ilə hər hansısa bir kontaktı türk qoşunlarının Azərbaycan ərazisini tərk etməsindən sonra başlamışıdı və ingilis qoşunlarının cumhuriyyət ərazisinə gəlməsi onun iradəsindən asılı olmayaraq baş vermişdi.İngiltərə ilə əlsaqələrin qurulması və öz istiqlaliyyətinin tanıdılması uğrunda mübarizə Türkiyəyə qarşı sədd olmaq istəyi ilə edilmirdi.Düzdür Mustafa Kamalın Sovet Rusiyası ilə yaxınlaşmasına Qafqaz dövlətləri müəyyən dərəcədə sədd rolu oynayırdı.Ancaq bu o demək deyil ki, Qafqaz dövlətləri Mustafa Kamalın dili ilə desək Türkiyəyə sədd olmağa qərar vermişlər.Həm də  Azərbaycan Xalq Cumhuriyyəti siyasi xadimləri Türkiyə ilə münasibətləri nizamlamaq üçün əllərindən gələn hər şeyi edirdilər.Həmin dövrdə Türkiyədə Mustafa Kamalın yoxsa İstanbuldakı hökümətin ölkəni real idarə etdiyi tam məlum deyildi.Mustafa Kamalın  xəbərdar etmək məsəlsinə gəldikədə isə Azərbaycanın  bu dövrdə heç bir çıxış yolu yox idi.Cumhuriyyətin ərazisinin ingilis qoşunları tərəfindən işğal edilməsi,ölkədaxili partiyalararası, ziddiyyətlər qərb torpaqlarına erməni basqınları,Şimaldan general Denikinin real təhlükəsi onsuzda dövləti iflic vəziyyətə qoymuşdu.Daxildəki ziddiyyətlərin belə kəskin vəziyyətə gəldiyi bir dövrdə Mustafa Kamal və ətrafının öz yaşamı uğrunda olsa belə Azərbaycana qarşı əks siyasət yeritməsi Cumhuriyyətin konkret işğal olunması təhlükəsini reallaşdırırdı.

   Türkiyə tarixçilərindən bir çoxu həmin dövrdə Azərbaycan dövlət xadimlərini günahlandırırdılar.Məsələn Betül Aslanın dediyinə görə Azərbaycan Anadoluda başlanan hərəkata kömək etmir, türk zabitlərini müxtəlif yollarla yolundan döndərir bu isə Kazım Qarabəkir paşanın qəzəbinə səbəb olurdu.

Bundan başqa Betül Aslan Azərbaycan Xalq Cumhuriyyətini İngilis Müsavat höküməti adlandırır və Musafa Kamalın Hümmətçilərlə əlaqə qurmasına haqq qazandırırdı. Əgər İngilis qoşunarı Azərbaycana daxil olduqdan sonra Azərbaycana İngilis -Müsavat höküməti adı verilirdisə onda Nuri paşanın və Qafqaz İslam ordusunun Azərbaycanda olduğu zamanındakı  hakimiyyəti Osmanlı Müsavat höküməti adlandırılmasına haqq qazandırmaq gərəkdi. Ancaq nə Osmanlı ordusunun nə də ingilis qoşunlarının Azərbaycanda olduğu vaxtda Azərbaycan heç birinin tam təsiri altına düşməmişdi.İngilis komandanı Tomsonun  Azərbaycan Xalq Cumhuriyyətinə qarşı bir çox təyziqlərinə baxmayaraq hakim dairələrin düzgün siyasəti nəticəsində bu təyziqlər lazımınca dəf edilmişdi.İngilislərin Azərbaycan hökümətinə təyziqlərini və bir çox məsələlərdə ingilslərlə kompromislərə gedilməsinə  də təbii baxmaq lazımdır.Çünki yeni yaradılmış bir dövlətin ərazisi dünya müharibəsindən qalib çıxmış ölkənin ordusu tərəfindən tutlmuşdu və bu dövrdə bir çox məsələlər Azərbaycanın iradəsindən asılı olmayaraq həll edilirdi.İkinci bir tərəfdən Azərbaycan hökümətinin Anadoluda başanan hərəkata lazımınca  köməklik gösərməməsi başa düşüləndir.Çünki həmin dövrdə Azərbaycan ərazisinə erməni silahlı birləşmələrinin basqınları şimalda denikinçilərin təxribatı və ölkədə mövcud olan daxili böhranın dərinləşməsi cumhuriyyətin siyasi durumunu yetərincə ağırlaşdırmışdı.Həm də Mustafa Kamalın Sovet Rusiyası ilə və Azərbaycandakı hümmətçilərlə yaxınlaşması da buna təsir edən amillərdəndir.

Mustafa Kamalın və Anadolu hərəkatının liderlərinin siyasətini Azərbaycana qarşı xəyanət kimi qələmə vermək də fikrimcə yanlışlıq olardı.Çünki Musatafa Kamalın radikal fikirlərinə baxmayaraq Türkiyənin həmin dövrdə vəziyyətinin ağırlığı , türk millətinin onun əsrlər boyu qoruduğu dövlətçiliyinin sonu ola bilərdi.Ölkənin müttəfiq dövlətlər tərəfindən işğalı Sultan VI Mehmed Vahidəddinin alçaıdıcı Sevr müqaviləsini imzalamağa məcbir edilməsi Mustafa Kamalın Sovet Rusiyasına meylini artırırdı.Emosianallıqdan uzaq olsaq, bizcə dövlətçilik siyasətində hər hansısa qurbanların verilməsinə xəyanət demək tamamilə səhv bir fikirdir.

Sovet Rusiyasının Türkiyəyə maddi və siyasi yardım göstərməsinin əsas səbəblərindən biri də Anadoludakı hərəkata dəstək verməklə müttəfiqləri çətin vəziyyətə salmaq və əsas istək sayılan Qafqazı işğal etməkdən ibarət idi.Bolşeviklər 1919 cu ilin sonu 1920 ci ilin əvvəllərində demək olar ki,siyasi rəqiblərinə qalib gəlmişdilər.Əsas təhlükə sayılan Denikin ordusu məhv edilmişdi.Təkcə qərb dövlətlərinin təyziqi qalmışdı ki,bunu da Lenin Musatafa Kamalın hərəhatına kömək etməkdə görürdü.Anadoludakı azadlıq mübarizəsinə kömək etməklə Azərbaycan Türkiyə münasibətlərinin korlanması da bolşeviklərin siyasətinə tam uyğun idi.

1920 cilin əvəllərində Denikinin könüllü ordusunun bolşeviklər tərəfindən məğlub edilməsi qərb dövlətlərini təşvişə saldı.Qafqaz üçün bolşevizm təhlükəsi yarandı.Həmin ilin 11 yanvar tarixində Paris sülh konfransında Azərbaycan və Gürcüstan dövlətləri Antanta milli şurası tərəfindən de- fakto tanındı.Bu dövlətlərin tanınması Türkiyə-Sovet Rusiyası arasında əlaqələrin genişləndirilməsinə gətirib çıxardı.Çünki hələ 1919 cu ilin ortalarından İngilis qoşunlarının Azərbaycanı tərk etməsi onun Bakı neftindın məhrum olmasına gətirib çıxarırdı.İngiltərə höküməti sovet Rusiyası ilə Türkiyənin yaxınlaşmasına qarşı real addımlar atmaqda idi.

Nəhayət qeyd edilməlidir ki,1919 -1920 ci illərdə Türkiyə Azərbaycan əlaqələrində başlanan soyuqluğun əsas səbəbi dünyanın geopolitik vəziyyətindən asılı idi.Siyasi durumda nə Türkiyə nə də Azərbaycan Xalq Cumhuriyyətini bütün məsələlərdə günahlandırmaq yalnışlıqdır.Həmin dövrdə bütün siyasi durum qalib dövlətlərin tənzimləməsindən asılı idi.Həm də Sovet Rusiyasının siyasi meydandakı ideoloji qələbələri də burada az rol oynamamışdı. 

1920 ci ilin  siyasi durumu Türkiyə üçün uğurlara yol açıdısa, Azərbaycan üçün faciə ilə nəticələndi. Çar Rusiyası əsarətindən çıxaraq öz istiqlaliyyətnə qovuşan Azərbaycan xalqı yenidən başqa bir formata girmiş Rusiyanın, “Bolşevik Rusiyasının” müstəmləkəsinə çevrildi. 

 

"Şəki bələdiyysi" qəzeti



Обновлен 23 сен 2013. Создан 14 сен 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi