Şəkidə Qafqaz Albaniyasının antik dövrünə aid yeni abidələr aşkar edilmişdir

Mənbə: www.science.gov.az



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası Şəki rayonunun Fazil kəndi ərazində yerləşən Yoncalı yaşayış yeri və nekropulunda təqribən 5-6 hektar ərazidə arxeoloji qazıntılar aparmışdır.


Tədqiqatlar nəticəsində Qafqaz Albaniyasının antik dövrünə aid yeni abidələr aşkar edilmiş, Qafqazda antik dövr Albaniyasının tarixini izləmək mümkün olmuşdur. Müəyyən edilmişdir ki, nekropolun yuxarı hissəsi tamamilə qəbiristanlıqdır. Bu qəbiristanlığın tarixi Xocalı-Gədəbəy mədəniyyəti dövrü ilə oxşarlıq təşkil edir.


Qeyd edək ki, qazıntılar aparılan ərazidə 5 arxeoloji abidə mövcuddur. Tarixi abidələr Mədəniyyət və Turizm Nazirliyində 2002-ci ildən qeydiyyatdadır və mühafizə olunur.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.



Создан 27 авг 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi