Rusiyada kibertəhlükələrə münasibət bildirən mərkəz yaradılacaq

Mənbə: www.science.gov.az



“İzvestiya”-nın bildirdiyinə görə, mərkəzin yaradılması Federasiya Şurası, Rabitə və kütləvi kommunikasiya Nazirliyinin, dövlət aparatı və bu sahənin nümayəndələrinin üzərində işlədiyi Rusiya Federasiyasının kibertəhlükəsizlik strategiyasının layihəsində nəzərdə tutulur.

 

Senator Ruslan Qattarovun rəhbərlik etdiyi İşçi qrup Rusiyanın 2020-ci ilə qədər kibertəhlükəsizlik strategiyasının layihəsini hazırlayıb.

 

İşçi qrupa dövlət aparatı, Rabitə və kütləvi kommunikasiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Təhlükəsizlik Şurası və başqa əlaqədar orqanların, həmçinin ictimai və qeyri-kommersiya təşkilatlarının nümayəndələri daxildir.

 

“Computer World” jurnalının məlumatına görə, kibertəhlükəsizlik strategiyasının layihəsində vətəndaşlar, biznes və dövlətin zərər gördüyü və görə biləcəyi əsas təhlükələr göstərilib.

 

Bu, əsasən, informasiya terrorizmi, informasiya cinayəti, dövlətin, biznesin və vətəndaşların təhlükəsizliyi və maraqlarının ziyanına olan informasiya məkanında əsas yer tutan müddəalardan istifadədir.

 

Strategiya kibertəhlükələrin monitorinqini və onların həlli üçün müasir cavabların hazırlanmasını nəzərdə tutur.

 

Müəlliflərin fikrincə, bunun üçün həftədə yeddi gün və 24 saat ərzində işləyən Dövlət Situasiya Mərkəzi yaradılmalıdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 



Создан 23 авг 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi