Curiosity robotu Marsın qırmızı yox boz planet olduğunu müəyyən edib

Mənbə: www.science.gov.az



NASA alimləri bildirirlər ki, Marsda gəzən Curiosity-nin apardığı daş suxurların analizi göstərdi ki, qədim zamanlarda Marsda həyat üçün şərait ola bilərdi: bir neçə santimetr dərinlikdə qazıntı yolu ilə alınmış nümunələr bütün lazımlı elementləri (kükürd, azot, hidrogen, fosfor və karbon) özündə birləşdirir.

 

Tədqiqatçılar qeyd edir ki, başqa planetdə qazıntı işləri ilk dəfə olaraq keçirilib.

İndiyə qədər yalnız torpağın səthindən götürülmüş qrunt təbəqə təhlil edilirdi.

Curiosity çay sistemini bitirən göl hövzəsi hesab edilən Yellounayf körfəzi adını almış ərazidə qazıntı işləri aparıb.

 

Nümunələr bir-birini əvəz edən çox sayda quru və rütubətli dövrün mövcud olduğuna işarədir.

 

“Computerworld” jurnalının bildirdiyinə görə, alimlər təsdiq edirlər ki, qazıntı işləri nəticəsində planetin qırmızı yox, boz rəngdə olduğu da məlum olub.

 

Torpağın bir neçə santimetr alt qatında oksidləşmənin işartılarına və müvafiq olaraq Marsla assosiasiya edilən qırmızı rəngə rast gəlinmir.

 



Создан 19 авг 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi