Azərbaycan pezidenti İlham Əliyevin Şəki səfəri. 14 avqust 2013

Mənbə: AzərTAc.



Prezident İlham Əliyev Sabit Rəhman adına

Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu 

 

Şəki, 14 avqust (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Mədəniyyət və incəsənət xadimlərinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bu istiqamətdə bölgələrdə də xeyli iş görülmüşdür. Milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq Şəki Dövlət Dram Teatrının binası da əsaslı təmir olunur.
Əvvəlcə dövlətimizin başçısı binanın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Dram Teatrının direktoru Hikmət Nəbili dövlətimizin başçısına minnətdarlığını çatdırdı.
Görülən işlərlə tanış olan Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılmışdır. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır.
Məlumat verildi ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə də təsirsiz ötüşməmişdi. Azərbaycan Prezidentinin Şəkinin inkişafı məqsədilə 2011-ci ilin sentyabrında imzaladığı Sərəncama uyğun olaraq yenidən qurulan teatr binası müasir standartlara cavab verən səviyyəyə çatdırılmışdır. Üçmərtəbəli binanın əsaslı təmirinə 2012-ci ilin martında başlanmışdır.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaqdır. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrının binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülmüşdür.
Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

 

“Şəkixanovların evi” ilə tanışlıq


Şəki, 14 avqust (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkiyə səfəri çərçivəsində əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəkixanovların evi” ilə tanış olmuşdur.
Xatırladaq ki, dövlətimizin başçısı 2006-cı il aprelin 13-də xanımı Mehriban Əliyeva ilə birlikdə Şəkidə olarkən “Şəkixanovların evi”nin əsaslı təmiri ilə bağlı göstəriş vermişdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə abidənin bərpası Dövlət Proqramına daxil edilmiş və bu məqsədlə vəsait ayrılmışdı.
Dövlətimizin başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Şəkixanovların evi”nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri şəbəkə üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr olan binanın inşaası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılmışdır.
Diqqətə çatdırıldı ki, XVIII əsrə aid tarixi abidə olan “Şəkixanovların evi” ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunmuşdur.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.

 

Prezident İlham Əliyev Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Şəki, 14 avqust (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini, eləcə də Fazıl kəndində yerləşən və eramızdan əvvəl I minilliyə aid qədim yaşayış məskənini əks etdirən stendlərə baxdı.
Azərbaycan Prezidentinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcəkdir. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpü də inşa edilmişdir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi.



Создан 16 авг 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi