Arxeoloqlar sosial şəbəkələrin 800 illik tarixə malik olduğunu aşkar ediblər

Mənbə: www.science.gov.az



Arxeoloqlar sosial şəbəkələrin mövcudluğunun 800 illik tarixə malik olduğu faktını aşkar ediblər

 

 

Arizona Universitetinin alimləri ABŞ-ın cənub-şərqində qazıntılar zamanı aşkar edilmiş, b.e.nın 1200-1450-ci illərinə aid olan təxminən 800 min maddi mədəniyyət əşyasını analiz ediblər.

 

Bu artefaktlar üzrə informasiya sosial şəbəkələrin formal analizi metodlarının köməyi ilə emal edilmişdi.

 

Nəticələr göstərilən dövrdə uzaq məsafələrə aktiv miqrasiya və əhalinin böyük qəsəbələrdə birləşməsi ilə səciyyələnən formalaşma və təkamül tarixini aydınlaşdırmağa imkan verir.

 

Tədqiqatçıların gəldiyi nəticələrdən biri odur ki, erkən sosial şəbəkələr kəndlər arasında böyük məsafələr nəzərə alınmaqla, gözlənilən qədər kompakt olmayıb.

 

Alimlər aşkar etdilər ki, oxşar dulusçuluq məmulatları hazırlanaraq bir-birindən 250 kilometrə qədər məsafədə yerləşən kəndlərdə istifadə olunurdu, başqa sözlə, onların sakinləri (o zaman yalnız ayaqla hərəkət etmək mümkün olmasına baxmayaraq) bir-biri ilə əlaqə saxlayırdılar.

 

Tədqiqatçıların məlumatına görə, araşdırılan ərazidə o vaxtlar nə nəqliyyat vasitəsi, nə yükdaşıyan heyvan mövcud deyildi, bununla belə, eyni məişət əşyalarına əsasən belə qənaətə gəlmək olur ki, informasiya mübadiləsi gedirdi.

 

Bu, arxeoloqlar tərəfindən sosial şəbəkələrin formal analizinin, insanlar, ailələr və qəsəbələr arasında qarşılıqlı əlaqələri tədqiq edən metodların tətbiqinin ilk təcrübələrindən biridir.



Создан 05 авг 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi