ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Mənbə: www.science.gov.az



 

  Ünvan: AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L.Abdullayev küç., 24
 

 

Tel.:

 

(994 024) 2461712;  (994 024) 2460411

 

 

E-mail:  

 

WEB səhifələr:

 

 

 

Facebook səhifəsi:

 

shrem@mail.ru

 

http://rem.sheki.org/

http://rem.sheki.ws/

http://sheki-elm.narod.ru/

http://shekielm.blogspot.com/

 

https://www.facebook.com/ameashrem

 

=======================

Direktor:

 

Zəkəriyyə Mabud oğlu Əlizadə
Geologiya-mineralogiya elmləri doktoru, professor
Tel.: (994 024) 2461712

 

 

Direktor müavinləri:

 

Zərbalı Murad oğlu Xəlilov
Elmi işlər üzrə
Biologiya elmləri namizədi
Tel.: (994 024) 2460411

Adil Fətullah oğlu Həbibullayev
Ümumi işlər üzrə
Tel.: (994 024) 2460504

 

 

Elmi katib:

 

İradə Rövşən qızı Məmmədova
Memarlıq namizədi
Tel.: (994 024) 2460504   

 

=======================

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

 

1.      Yerli bitki və heyvanat aləminin öyrənilməsi: təbiət abidələrinin bərpası;

2.      Torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması; meşə bitkilərinin inkişaf etdirilməsi; sel axınları ilə mübarizə;

3.      Zonanın becərilən və perspektivli bitkiləri üzrə genetika və seleksiya işləri üzrə stasionar tədqiqatların aparılması;

4.      Biogeokimyəvi əyalətin tədqiqi;

5.      Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin aşkar edilməsi ilə bağlı axtarış işlərinin aparılması, eləcə də sənayedə istifadə edilməsi və işlənməsi imkanlrı üçün yerli xammal ehtiyatlarının öyrənilməsi;

6.     Tut ipəkqurdu baramasının kompleks fiziki metodlarla tədqiqi; heyvandarlıq və quşçuluqdaşüalanmanın stimullaşdırılması;

7.      Balakən-Şəki bölgəsinin folklorunun və el sənətlərinin toplanması və tədqiqi.

 

 

=======================

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

 

İpək çıxımı 8-10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. Yeni alma və armud sortları yaradılmışdır. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilmişdir. Bölgə folklorunun toplanması, tədqiqi aparılmış, folklor muzeyi yaradılmışdır. Bölgənin Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonları üzrə coğrafi problemlər və xeyir-dualar kitabları buraxılmışdır. 2 namizədlik dissertasiyası müdafiə edilmişdir.

 

=======================

Təşkilatın tarixi haqqında qısa məlumat:

 

1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir.

 

=======================

 

  Təşkilatın struktur bölmələri: Geokimya laboratoriyası

Yabanı və mədəni bitkilərin genefondu laboratoriyası

Biofizika laboratoriyası

Biokimya laboratoriyası

İpəkçilik laboratoriyası

Sellərin öyrənilməsi laboratoriyası

Folklorşünaslıq və el sənətləri laboratoriyası

El sənətləri qrupu 

 


 

======================================================================= 

Geokimya laboratoriyası

 

Laboratoriya müdiri: Hüseyn Lütvəli oğlu Mustafabəyli
Geologiya-mineralogiya elmləri namizədi
İşçilərin ümumi sayı: 5
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

Çökmə süxurlarda mikroelementlərin geokimyəvi xüsusiyyətləri və onların polimetal filizlərinin axtarışında rolu.

Laboratoriyanın əsas elmi nəticələri:

 


Polimetal filizi yataqlarının axtarışında indikator elementlərin rolu öyrənilmişdir.

 

 

 

=======================================================================

  Laboratoriya müdiri: İlqar Baxşəli oğlu Seyidzadə 
 
  İşçilərin ümumi sayı: 13
  Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

Şəki-Zaqatala bölgəsinin müxtəlif yerlərindən taoplanmış meyvə və giləmeyvə soptlarının yetişdirilməsi, yabanı bitki genofondunun toplanması və səmərəli istifadəsi.

  Laboratoriyanın əsas elmi nəticələri:

Şəki–Balakən bölgəsində yayılmış  qiymətli ata-baba sortlarından olan meyvə və giləmeyvə, habelə dərman bitkilərinin kompleks öyrənilməsi, saxlanması və səmərəli istifadəsi işimizin  əsasını təşkil edir. ETİ-ni aparmaq üçün Şəki və Balakən rayonlarının müxtəlif yerlərindən toplanmış ata-baba sortlarından 10 ədəd qönçə armudu, 10 ədəd iryal armudu, 20 ədəd Şərq xurması, 25 ədəd sinab alma qələm vasitəsilə calaq olunmuşdur.Şəki rayonunun Oxud kəndindən, Şəki şəhərindən və ŞREM-in genofond bağından götürülmüş zoğal nümunələrinin hərəsindən 10 ədəd göz calağı vurulmuşdur. Çox böyük müalicəvi əhəmiyyətə malik  olan rozmarin bitkisindən 200 ədəd ting vasitəsilə cücərdilmişdir.  Seçilmiş nümunələrin artırılaraq Şəki – Balakən  bölgəsində kütləvi yayılmasına imkan verir.

=======================================================================

Biofizika laboratoriyası
Laboratoriya müdiri: Yusif Hacıbala oğlu Şükürov
Fizika -riyaziyyat elmləri namizədi
İşçilərin ümumi sayı: 5
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: Bitki genofondunun toplanması, sağlamlaşdırılması, müasir ekoloji şəraitdə mühafizəsi və səmərəli istifadəsi.

Laboratoriyanın əsas elmi nəticələri:

 

 


Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir.

Biokimya laboratoriyası

 

Laboratoriya müdiri:

Zərbalı Murad oğlu Xəlilov

Biologiya elmləri namizədi

İşçilərin ümumi sayı: 3
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri Yeni biostimulyatorların alınması və onların ipəkçilikdə istifadəsi.
Laboratoriyanın əsas elmi nəticələri: Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir.

=======================================================================

İpəkçilik laboratoriyası

 

Laboratoriya müdiri: Qüdürət Məmməd oğlu Bəkirov
İşçilərin ümumi sayı: 7
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

Yerli şəraitə uyğun, yüksək məhsuldarlıqlı tut ipəkqurdu cinslərinin yaradılması.

Laboratoriyanın əsas elmi nəticələri:

İpək çıxımı 8-10% artıq olan, xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır.

=======================================================================

Sellərin öyrənilməsi laboratoriyası

 

Laboratoriya müdiri:

 

İşçilərin ümumi sayı: 7
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

Sel hadisələrinin öyrənilməsi və mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması.

Laboratoriyanın əsas elmi nəticələri:

Sel, onu əmələ gətirən amillər, yaranma şəraiti və formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. "Kiş və Şin çayları hövzələrinin selləri" monoqrafiyası buraxılmışdır.

=======================================================================
Folklorşünaslıq və el sənətləri laboratoriyası

 

Laboratoriya müdiri: Ulduz Bəşir qızı Mürşüdova
Filologiya elmləri namizədi
İşçilərin ümumi sayı: 5
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

Balakən-Şəki bölgəsinin folklor və el sənətləri nümunələrinin toplanması və tədqiqi.

Laboratoriyanın əsas elmi nəticələri:

 

 


Bölgə folklorunun toplanması və tədqiqi aparılmış, folklor və el sənətləri nümunələri haqda materiallar nəşrə hazırlanmış, xeyir-dualar kitabı buraxılmış, folklor muzeyi yaradılmışdır

=======================================================================

El sənətləri qrupu

Laboratoriya müdiri:

İradə Rövşən qızı Məmmədova
Memarlıq namizədi

 
İşçilərin ümumi sayı: 3
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

Şəki-Balakən bölgəsinin еl sənətləri nümunələrinin tоplanması, tədqiqi, nəşüşün hazırlanması. Şəki şəhərinin ХVIIIХХ əsr yaşayış evlərinin tədqiqi, evlərdə ölçü işlərinin aparılması, interyerlərin xüsusiyyətlərinin üzə çıxarılması.
 

Laboratoriyanın əsas elmi nəticələri:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İşin məqsədi-Şəki şəhərində xalq memarlığının tarixən formalaşması və inkişaf prosesini tədqiq etmək bu əsas üzərində yerli memarlıq ənənələrinə xas olan spesifik xüsusiyyətləri, qanunauyğunluqları aşkarlamaq və ümumiyyətlə Azərbaycanda yaşayış evləri memarlığının tədqiqatı sahəsində mövcud olan boşluqları aydınlaşdırmaqdan, üzə çıxarmaqdan  ibarətdir Aparılan araşdırmalar nəticəsində daha çox təmirə ehtiyacı olan, memarlıq baxımından  bir-birindən fərqlənən  yeddi müxtəlif yaşayış evinin ünvanı müəyyənləşdirilmişdir. Bu binalar barədə qeyd olunan məlumatlar 2010-cu ilin iyul ayında Şəkidə olan YUNESKO-nun nümayəndələrinə çatdırılmışdır.Əsrlər ərzində toplanmış memarlıq irsi üslub və əqidəsiylə öz obyektiv dəyərini təcəssüm etdirərək inşaat işində mövcud olan fikirlərə müsbət mənada təsir edir və bu sahədə yeni düşüncələrə, onların həyata keçirilməsinə rəvac verir.  Memarlıq nəzəriyyəsi və tarixi, tarixi abidələrin bərpa işlərinin aparılması üçün elmi tövsiyələrin hazırlanması. Müasir evlərin interyerlərini milli koloritə uyğun qurulması üçün təkliflərin verilməsi.

 


=======================================================================

=======================================================================



Обновлен 17 мая 2015. Создан 20 июл 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi