İPƏKÇİLİYƏ DAİR ƏHƏMİYYƏTLİ DİSSERTASİYA MÜDAFİƏSİ -

Professor Z.ƏLİZADƏ



İPƏKÇİLİYƏ DAİR ƏHƏMİYYƏTLİ DİSSERTASİYA  MÜDAFİƏSİ

 

Zəkəriyyə Əlizadə,

AMEA-nın Şəki Regional Elmi Mərkəzin direktoru,

geologiya –mineralogiya elmləri doktoru, professor

 


Şəkidə elmi mühitin formalaşmasında mühüm rol oynayan Şəki Regional Elmi Mərkəzinin elmi uğurlarının sayı gündən-günə artır. Şəki-Zaqatala iqtisadi rayonunun sosial iqtisadi və mədəni baxımdan hər tərəfli, müxtəlif istiqamətlərdən tətbiqi əsas fəaliyyət  məqsədimizdir və bu sahədə əldə etdiyimiz nailiyyətlərdə elmin rolu əvəzsidir. Elmi Mərkəzin ipəkçilik sahəsində apardığı uzun illərin gərgin tədqiqatları sanballı bir dissertasiya işi ilə yekunlaşdı. Dissertasiyanın müəllifi ŞREM-in ipəkçilik laboratoriyasının rəhbəri Qüdürət Məmməd oğlu Bəkirovdur.

Şəkimizin qədim ipəkçilik diyarı kimi şöhrətini bərpa etməyə və son illərdə bu sahədəki iqtisadi geriləməyə son qoymağa istiqamətlənmiş bu tədqiqat işi Azərbaycan MEA-nın Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən D.01.071 Dissertasiya Şurasının 14 iyun 2013-cü il tarixli iclasında müdafiəyə çıxarıldı. AMEA-nın müxbir üzvü, Dissertasiya Şurasının sədri, biologiya elımləri doktoru İ.X.Ələkbərovun sədrliyi ilə keçirilən iclasda ilk əvvəl Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru E.İ.Əhmədov Şura üzvlərinə məlumat verərək bildirdi ki, dissertasiya işi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin ipəkçilik laboratoriyasında və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları laboratoriyasında yerinə yetirilmişdir. Dissertantın rəsmi opponentləri Azərbaycan Dövlət Aqrar Universitetinin “Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası” kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Qənbər Qara oğlu Abdullayev və AMEA-nın Zoologiya İnstitutunun teriologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qiyas Nağı oğlu Quliyevdir. Dissertasiya işi aparıcı təşkilat kimi Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun biomüxtəlifliyin qorunması və genetikası laboratoriyasında müzakirə edilmişdir və tədqiqatla bağlı təşkilatın müsbət rəyi vardır. Sonra elmi katib aparıcı təşkilatın və dissertasiyanın avtoreferatı ilə bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika bitkilərin karantin ekspertizası laboratoriyasının müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru T.Şəmiyevin, AMEA-nın Radiasiya Problemləri İnstitutunun radiologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru E.S.Cəfərovun, Bakı Dövlət Universitetinin onurğasızlar kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Ə.M.Hümbətovun, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun bitkilərin mühafizəsi laboratoriyası müdiri, biologiya elmləri doktoru V.F.Məmmədovanın, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının dosenti, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Y.H.Şükürlünün, Azərbaycan Dövlət Aqrar Universitetinin dosentləri, aqrar elmlər üzrə fəlsəfə doktorları D.M.Adıgözəlovanın və A.R.Hüseynovun, Azərbaycan Tibb Universitetinin professoru, biologiya elmləri doktoru T.Ə.Əsgərovanın, Azərbaycan  Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru K.L.Sultanovun, AMEA-nın  Botanika İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru İ.Şahmirovun, AMEA-nın Zoologiya İnstitutunun laboratoriya müdiri biologiya üzrə fəlsəfə doktoru X.Ə.Əliyevin və dissertantın elmi rəhbəri biologiya üzrə  fəlsəfə doktoru Q.A.Əzimovanın rəylərinin məzmunu, Qüdürət Bəkirovun tərcümeyi-halı və tədqiqat işini yerinə yetirəkən əldə etdiyi elmi uğurlarla  Şura üzvlərini tanış etdi.

Daha sonra söz dissertant Qüdürət Bəkirova verildi. O,dissertasiyanın məzmunu ilə bağlı Şura üzvlərinə məlumat verdi və onun verdiyi geniş bilgi Şura üzvləri tərəfindən razılıqla qarşılandı. Dissertantın rəsmi opponentləri-kənd təsərrüfatı elmləri doktoru Qənbər Qara oğlu Abdullayev və biologiya üzrə fəlsəfə  doktoru Q.N.Quliyev tədqiqat işini iqtisadi səmərəlilik  baxımından yüksək dəyərləndirməklə yanaşı, müəyyən iradlarını  da bildirdilər. Qüdürət Bəkirovun həm aparıcı təşkilatın, həm də opponentlərin iradlarına və dissertasiyanın məzmunu ilə bağlı suallara ətraflı cavabları qənaətləndirici oldu və Şura üzvləri tərəfindən razılıqla qarşılandı.

Sonra dissertasiya  ilə bağlı canlı müzakirə başlandı və Şura üzvləri əsəri yüksək dəyərləndirdilər. Biologiya elmləri doktoru Z.M.Məmmədov, biologiya elmləri doktoru S.V.Əliyev, biologiya elmləri doktoru, F.B.Əsgərov, biologiya elmləri doktoru Ə.M.Nəsirov, biologiya elmləri doktoru C.Ə.Nəcəfov, geologiya mineralogiya elmləri doktoru, professor Z.M. Əlizadə, Avrasiya Unversitetinin professoru Ədalət Tahirzadə və  başqaları çıxışlarında dissertasiyanın aktuallığını, respublikamızın iqtisadi həyatı üçün çox vacib  bir problemə həsr  olduğunu xüsusi vurğuladılar.

Qüdürət Məmməd oğlu Bəkirovun yerinə  yetirdiyi “Yerli və introduksiya olunmuş tut ipəkqurdu (Bombux mori L) cinsləri arasındakı hibridlərdə heterozisliyin öyrənilməsi”  mövzulu dissertasiya işi haqqında deyilənləri nəzərə  alan Şura üzvləri Qüdürət Bəkirovu Biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq gördülər və buna  yekdilliklə səs verdilərş

Son illərdə respublikamızda ipəkçiliyin inkişafı ilə bağlı bir sıra işlər görülməkdədir. Bu sahədə hətta proqramında hazırlanması səsləndirilir. Proqramın hazırlanmasına akademiyanın alimləri cəlb edilməsə də, AMEA-nın əsas bölmələrindən biri kimi Şəki Regional Elmi Mərkəzinin kollektivi bu sahəyə diqqəti daim  nəzarətdə saxlayaraq bir sıra elmi uğurlar əldə etmişdi. İpəkçiliyə dair izahlı lüğətin respublikamızda ilk dəfə olaraq Elmi Mərkəzin əməkdaşlarına tərfindən hazırlanmasına deyilənlərin bariz nümunəsidir. Lüğətin tərtibi artıq başa çatdırılmışdır və nəşrə hazırlanır. Digər tərəfdən hazır ki, dissertasiya və ipəkçilik sahəsində Elmi Mərkəzin İpəkçilik laboratoriyasının əldə etdiyi uğurların nəticəsi olaraq qazanılmış dörd müəlliflik səhadətnaməsi və dörd patent bu sahəyə olan ən böyük töhfəmizdir.

Biz də Qüdürət müəllimi bu mühüm elmi uğur  münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

 



Создан 09 июл 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi