ZİRİNC NÖVLƏRİNİN KİMYƏVİ VƏ BİOKİMYƏVİ XÜSUSIYYƏTLƏRI

REFERAT



Şəki-Balakən bölgəsində yayılmış yabanı meyvə və giləmeyvə 
bitkilərinin yetişmə dövründə kimyəvi və biokimyəvi xüsusiyyətləri
 
 
ŞƏKI RAYONUNUN DAĞLIQ VƏ DAĞƏTƏYİ SAHƏLƏRİNDƏ
YAYILMIŞ MÜXTƏLİF ZİRİNC NÖVLƏRİNİN 
KİMYƏVİ VƏ BİOKİMYƏVİ XÜSUSIYYƏTLƏRI


ETİ-nin rəhbəri, b.e.n.   Z.M.Xəlilov
 
 
 
 
REFERAT


 
Məlumdur ki, zirincin ayrı-ayrı orqanlarından tibb və yeyinti sənayesində geniş istifadə edilir. 
Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı zirincin müxtəlif orqanlarının kimyəvi və biokimyəvi tərkibi lazımınca öyrənilməmişdir.
Buna görə də Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmiş  zirincin ayrı-ayrı  orqanlarının kimyəvi və biokimyəvi tərkibinin öyrənilməsi işimizin əsasını təşkil edir.
Elmi-tədqiqat işlərini aparmaq məqsədi ilə Şəki rayonunun dağlıq və dağətəyi ərazilərindən sentyabr, oktyabr və noyabr aylarının hər birində 10  zirinc meyvələrinin, yarpağın, kökün, qabığın və çiçəyin nümunələri toplanmışdır.
Meyvələrin yetişmə dövründə tərkibində olan suyu, quru maddəni, turşuluğu, azotu, yağı, selülozanı, külü, şəkəri, vitamin C, P, B, K ümumi qəbul edilmiş metodlarla, vitamin E nazik təbəqəli xromatoqrafiya metodu ilə, mineral elementlər atom-absorbsion spektrofotometr metodu ilə təyin edilmişdir.
Zirincin ayrı-ayrı  orqanlarında alkaloidlərin miqdarı Buruk metodu ilə təyin edilmişdir.
Aparılmış elimi-tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış  zirinc meyvələri yetişmə dövründə kimyəvi və biokimyəvi göstəricilərinə görə bir-birindən müəyyən dərəcədə fərqlənirlər.
Aparılmış analizlərin nəticələri göstərir ki, zirinc meyvəsinin tərkibində olan quru maddə  oktyabr və noyabr aylarında sentyabr ayına nisbətən daha yüksəkdir.
Zirincin sentyabr ayında yığılan meyvələrin turşuluğu oktyabr və noyabr aylarında yığılan meyvələrin nisbətən daha yüksəkdir.
Zirinc meyvələrinin tərkibində olan şəkərin miqdarı 4-5% arasıda dəyişir. 
Müəyyən edilmişdir ki, zirinc meyvəsinin tərkibində 130-160 mq% vitamin C, 5-7 mq % karotin, 250-350 mq % vitamin P, 0.02 mq % vitamin B1, hər qramında 20-25 bioloji ədədlə K vitamini, 6.5 mq % E vitamini vardır.
Zirinc meyvəsinin toxumunda 15 % yağ aşkar edilmişdir ki, bunun da tərkibində 0.5%  miristin, 0.2% palmitin, 3.2% stearin, 19.0 % olein, 38.0% linol və 31.0 % linolen turşuları vardır.
Aparılmış analizlərin nəticələri göstərir ki, zirincin yarpaqlarının 1 qramında 14.80 mq K, 7.40 mq Ca, 1.20 mq Mg, 0.10mq Fe, 45.70 mkq Mn, 14.0 mkq Cu, 30.0 mkq Zn, 0.75 mkq Co, 0.40 mkq Mo, 0.42 mkq Cr, 60.0 mkq Al, 8.0 mkq Ba, 2.75 mkq Ni, 0.70 mkq Pb və 68.50 mkq B elementi vardır.
Zirincin ayrı-ayrı orqanlarında alkaloidlərin toplanma dinamikasına nəzər salsaq görərik ki, alkaloidlərin ən çox hissəsi kökdə, ən az hissəsi isə yarpaqda toplanır.
Təbabətdə, yeyinti sənayesində və xalq təsərrüfatının bir çox başqa sahələrində zirincdən müxtəlif məqsədlər üçün geniş istifadə olunduğundan, təbii halda yayılmış zirincin qorunub saxlanması və onun süni yolla çoxaldılması zəruri hesab edilir.
Zirincin müxtəlif orqanlarının bioloji aktiv maddələrlə zənginliyini nəzərə alaraq tibb və yeyinti sənayesində istifadə etmək məqsədilə 10-dan artıq preparatlar və məhsullar müasir texnologiya əsasında hazırlanmışdır. 
 
GIRIŞ
 
Məlumdur ki, Azərbaycanın ayrı-ayrı bögələri yabanı-meyvə və giləmeyvə bitkiləri ilə zəngindir.
Bunların içərisində ən çox yayılanlarından biri də zirincdir.
Hal-hazırda dünyada zirincin 450-yə qədər, Azərbaycanda isə 3 növü yayılmışdır.
Bu növlərin ən qiymətlisi adi zirinc hesab edilir. Zirinc bitkisinə respublikamızın demək olar ki, bütün rayonlarında rast gəlinir. Meşələr zirinc ilə daha zəngindir.
Adi zirinc qiymətli dərman bitkisi sayılır. Bizim eramızdan 650 il qabaq   zirincin meyvəsindən qan təmizləyici vacitə kimi istifadə olunması haqda gil lövhəciklərinin üzərində yazılan mənbələrdə məlumatlar var. İlk anlar zirincdən hazırlanan sulu dəmləmələr sarılıq, qızdırma və s. xəstəliklərə qarşı işlədilmişdir.
Böyük təbib İbn Sina zirincdən hazırlanan cövhərlərin ödqovucu və qankəsici xassəyə malik olduğunu qeyd edirdi. Çin, Tibet, Hindistan, Orta Asiya, İran, Əfqanıstan, Bolqarıstan və s. ölkələrin xalq təbəbətində zirincin müxtəlif növlərindən hələ qədim zamanlardan  geniş istifadə edilmişdir. Onun kök və gövdəsindən alınan müxtəlif cövhərlər  xalq təbabətində iltihab prosesinin, dəri xəstəliklərinin, mədə, ciyər, göz və s. xəstəliklərin müalicəsində istifadə edilmişdir. 
Hindistanın müasir klinikalarında zirincdən həmin üsulla alınan  müxtəlif məlhəmlər, içmə dərman kimi geniş tətbiq olunmaqdadır.
Zirinc meyvələrindən susuzluğu aradan qaldıran vasitə kimi də istifadə edilir.
Zirincin kökündən alınan cövhərlə ürək xəstəliklərini, əsəb sisteminin zəifləməsilə əmələ gələn tez yorulma, əsəbilik, başağrısı və s. şəkildə təzahür edən əsəb xəstəliklərini, revmatizm, qızdırma və s. xəstəlikləri də müalicə edirlər. Ona görə də qabaqlar bu məhlul böyük müalicəvi əhəmiyyəti olan bir dərman kimi dağ kəndlərinin apteklərində satılırdı.
Azərbaycanın Şəki, Quba, Qusar və s. rayonlarının əhalisi zirincin meyvələrindən dərman hazırlayıb, bir çox xəstəliklərin müalicəsində istifadə edirlər.
Bundan əlavə yarpaqlarından hazırlanmış cövhərlərdən qırdırma, böyrək, cuçiçəyi, sarılıq, xüsusilə də, öd kisəsində olan daşların ərdilməsində, oynaq və radikulit və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Elmi təbabətdə adi zirincin yarpaqlarından dəmləmə və duru spirtli cövhər hazırlanıb daxili qanaxmalarda, sidik kisəsinin və qara ciyərin iltihabında, soyuqdəymədə, uşaqlıq əzələlərinin möhkəmləndirilməsində, ürək döyüntülərinin tənzimlənməsində, qan təzyiqinin aşağı salınmasında və s. istifadə edilir.
Bir çox mənbələrdə qeyd edilir ki, zirinc preparatları xərçəng xəstəliyinin də müalicəsində işlədilir.
Hələ  qədim zamanlardan zirincin meyvələri tam yetişdikdən sonra yığılır, qurudulur və narın əzildikdən sonra müxtəlif yeməklərə, xüsusilə ət xörəklərinə ədviyyat kimi əlavə edilir. Meyvələrindən həmçinin qışda istifadə etmək üçün turş nastil və yüksək keyfiyyətli kvas, kompot, mürəbbə, likör, çaxır, şərbət, şirniyyat və digər məmulatlar hazırlanır. Meyvələrindən pəhriz xörəkləri də bişirilir.
Xalq təbabətində təzəcə dərilmiş zirincin meyvələrindən hazırlanmış mürəbbə, şərbət və firni, sqorbut,  raxit, qanazlığı, isitmə, eləcə də mədə-bağırsaq xəstəliklərində çox qədimdən istifadə edilir, quru meyvələrindən isə çay dəmlənir.
Zirinc həmçinin qiymətli boyaq  bitkisi sayılır.
Təbabətdə, yeyinti sənayesində və xalq təsərrüfatının bir çox başqa sahələrində  zirincdən müxtəlif məqsədlər üçün geniş istifadə olunduğundan təbii halda yayılmış zirincin qorunub saxlanması və onun süni yolla çoxaldılması şübhəsiz respublikamız üçün xeyli gəlir verə bilər.
Başqa bitkilərdə olduğu kimi zirincin ayrı-ayrı növləri müxtəlif coğrafi iqlim şəraitindən asılı olaraq kimyəvi və biokimyəvi tərkibi dəyişərək farmakoloji təsirlərinə görə fərqlənirlər.
Bununla yanaşı respublikanın ayrı-ayrı bölgələrində yayılmış zirinc növlərinin kimyəvi və biokimyəvi tərkibi lazımınca öyrənilməmişdir.
Bütün bunları nəzərə alaraq Şəki-Balakən bölgəsində yayılmış zirinc meyvələrinin yetişmə dövründə kimyəvi və biokimyəvi tərkibini öyrənmək, həmçinin tibb və yeyinti sənayesində işlədilən bir sıra bioloji aktiv maddələrlə zəngin olan preparatların və məhsulların hazırlanmasını qarşımıza  məqsəd qoymuşuq.
 
TƏDQIQATLARIN MATERIALI VƏ METODLARI
 
Elmi-tədqiqat işlərini aparmaq məqsədi ilə Şəki rayonunun dağlıq və dağətəyi sahələrindən adi zirincin (Berberis Vulgaris L) veqetasiya dövründə ayrı-ayrı hissələrinin hər birindən 10 nümunə toplanmışdır.
Meyvələrin yetişmə dövründə tərkibində olan suyu, quru maddəni, turşuluğu, azotu, yağı, sellülozanı, külü, azotsuz ekstraktiv maddələr, şəkəri, vitamin C və P ümumi qəbul edilmiş metodlarla, vitamin E nazik təbəqəli xromatoqrafiya metodu ilə təyin edilmişdir. Meyvələrin toxumlarında olan yağın miqdarı soqslet aparatında təyin edilmişdir. Yağın tərkibində olan yağ turşuları Fove və Panjan metodu ilə təyin edilmişdir.
Zirincin ayrı-ayrı hissələrində alkaloidlərin miqdarı Q.P.Buruk metodu ilə təyin edilmişdir.
Zirinc yarpağının tərkibində olan mineral elementlər  atom-absorbsion spektrofotometr metodu ilə təyin edilmişdir.
Bir sıra dərman preparatlarının və məhsulların hazırlanması üçün 30 kq zirincin meyvəsi yetişmə dövründə yığılmışdır.
 
TƏDQIQATIN TƏHLILI VƏ MÜZAKIRƏSI
 
Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış zirinc meyvələrinin tərkibində olan su, quru maddə, turşuluq, azot, yağ, sellüloza, kül, azotsuz ekstraktiv maddələr, şəkər, aşı maddəsi və bir sıra bioloji aktiv maddələrlə xarakterizə edilir. (cəldəl 1-5).
Aparılmış tədqiqatlar göstərir ki, zirincin  yetişmə müddətində bu göstəricilərdə müəyyən dəyişiklər gedir.
Cədvəllərdən göründüyü kimi, zirinc meyvəsinin tərkibində olan quru maddənin miqdarı 24.0-35.0% arasında dəyişir.
Noyabr ayında yığılmış meyvələrin tərkibində olan quru maddənin miqdarı sentyabr ayına nisbətən 45.0% çoxdur.
Meyvələrin turşuluğu sentyabr ayında noyabr ayına nisbətən-24.50% çoxdur. Meyvələrin tərkibində olan azot, yağ, sellüloza, kül və azotsuz ekstraktiv maddələrə görə az fərqlənirlər.
Araşdırmalar göstərir ki, zirinc meyvəsinin tərkibində olan şəkərin miqdarı 4.40-5.0% arasında dəyişir.
Zirinc meyvələrində askorbin turşusu 136.0-160.0 mq% arasında dəyişir.
Sentyabr ayında yığılmış meyvələrin tərkibində olan askorbin turşusunun miqdarı noyabr ayında  yığılmış meyvələrə nisbətən daha yüksək olmuşdur.
Bu əsasən meyvələrin  yetişmə dövründə günəş şüalarının təsiri askorbin turşusunun azalmasına səbəb olur.
Meyvələrin turşuluğu 6.70-8.40% arasında dəyişir.
Sentyabr ayında yığılmış meyvələrin turşuluğu noyabr ayında yığılmış meyvələrə nisbətən daha yüksək olmuşdur ki, bu da meyvələrin tam yetişmə dövründə şəkərliyin artması ilə izah edilir.
Bununla yanaşı müəyyən edilmişdir ki, dağlıq ərazilərindən yığılan meyvələrin tərkibində olan askorbin turşusunun miqdarı dağətəyi ərazilərindən yığılan meyvələrdən daha yüksəkdir.
Bütün bunlarla yanaşı müəyyən edilmişdir ki, zirinc meyvəsinin tərkibində 250-400 mq % vitamin P, 0.02 mq% vitamin B1, hər qramında 20-25 bioloji ədədlə K vitamini, 6.50 mq % E vitamini vardır. 
          
         Aparılmış analizlər nəticəsində müəyyən edilmişdir ki, zirinc meyvəsinin toxumunda 15,0% yağ vardır ki, bu da müxtəlif dəri xəstəliklərinin müalicəsində geniş istifadə edilir. 
Analizlər nəticəsində aşkar edilmişdir ki, zirinc meyvəsinin toxumundan alınmış yağın tərkibində 0,5% miristin, 0,2% palmitin, 3,2% stearin, 19,0% olein, 38,0% linol və 31,0% linolen turşuları vardır. 
Zirincin müxtəlif hissələri vitaminlərlə yanaşı mineral maddələrlə də zəngindir. Aparılmış analizlərin nəticələri göstərir ki, zirincin yarpaqlarının 1 qramında 14,80 mq K, 7,40 mq Ca, 1,20 mq Mg, 0,10 mq Fe, 45,70 mkq Mn, 14,0 mkq Cu, 30,0 mkq Zn, 0,75 mkq Co, 0,40 mkq Mo, 0,42 mkq Cr, 60,0 mkq Al, 8,0 mkq Ba, 2,75 mkq Ni, 0,70 mkq Pb və 68,50 mkq B elementi vardır. 
Zirincin meyvələri də mineral maddələrlə çox zəngindir. Zirincin meyvə və yarpaqlarının bioloji aktiv maddələrlə zəngin olması istər dərman, istərsə də qida məhsulu kimi insan orqanizmi üçün əvəzsiz olmasını göstərir. 
Zirincin ayrı-ayrı orqanlarında 10-a yaxın alkaloid tapılmışdır ki, bunların da əsasını berberin təşkil edir.
 Zirincin vegetasiya dövründə ayrı-ayrı hissələrində alkaloidlərin toplanma dinamikası bu günə qədər lazımınca öyrənilməmişdir. Bunu nəzərə alaraq Şəki-Balakən bölgəsində yayılmış zirincin çiçək, yarpaq, qabıq və kökdə alkoloidlərin toplanma dinamikasını öyrənmək böyük elmi və praktiki əhəmiyyət kəsb edir. 
Aparılmış analizlərin nəticələri göstərir ki, zirincin müxtəlif hissələrində toplanan alkaloidlərə görə bir-birindən müəyyən dərəcədə fərqlənirlər (cədvəl 6).
 Cədvəldən göründüyü kimi, alkaloidlər zirincin kök hissəsində daha çox toplanır. Yarpağında isə alkoloidlərin miqdarı başqa orqanlara nisbətən azdır.
 Zirincin bütün orqanlarında alkaloidlərin miqdarı aprel ayında daha yüksəkdir. Alkaloidlərin toplanma dinamikasına nəzər salsaq görərik ki, avqust ayında bu göstərici başqa aylara nisbətən aşağıdır.
Zirincin kökünün qabığında alkaloidlərin miqdarı  10-14% arasında dəyişir.  Bunun da 8-9%-in  berberin təşkil edir. Buna görə də, berberini zirincin yalnız kökün qabıq hissəsindən alırlar.
Zirinc kökünün qabığı “xolelitin” preperatının əsasını təşkil edir ki, bu da berberinin  təsirinə yaxındır. Bu preparat əsasən qara ciyərin şişində, mədə və boğazın xərcəngində geniş istifadə edilir. 
Təbabətdə, yeyinti sənayesində və xalq təsərrüfatının bir çox başqa sahələrində zirincdən müxtəlif məqsədlər üçün geniş istifadə olunduğundan, təbii halda yayılmış 
 
                                             Zirincin qorunub saxlanması və onun süni yolla çoxaldılması şübhəsiz respublikamıza xeyli gəlir verə bilər.
Zirincin bioloji aktiv maddələrdə zənginliyini nəzəzə olaraq tibb və yeyinti sənayesində  istifadə etmək məqsədi ilə 10-dan yuxarı preparatlar və məhsullar müasir texnologiya əsasında hazırlanmışdır.
 
NƏTICƏ VƏ TƏKLIFLƏR
 
1.      Aparılmış elmi-tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, Şəki rayonunun dağlıq və dağətəyi ərazilərində yayılmış zirinc meyvələri kimyəvi və biokimyəvi göstəricilərinə görə  bir-birindən müəyyən dərəcədə fərqlənirlər.
2.      Aparılmış analizlərin nəticələri göstərir ki, zirinc meyvəsinin tərkibində olan quru maddə oktyabr və noyabr aylarında sentyabr ayına nisbətən daha yüksəkdir.
3.      Zirincin sentyabr ayında yığılan meyvələrinin turşuluğu oktyabr və noyabr aylarında yığılan meyvələrinə nisbətən daha yüksəkdir.
4.      Zirinc meyvəsinin tərkibində olan şəkərin miqdarı 4.40-5.0 % arasında dəyişir.
5.      Müəyyən edilmişdir ki, zirinc meyvəsinin tərkibində 136-160 mq% vitamin C, 5-7 mq % karotin, 250-350 mq % vitamin P, 0.02 mq % vitamin B1, hər qramında 20-25 bioloji ədədlə K vitamini, 6.5 mq % E vitamini vardır.
6.      Zirinc meyvəsinin toxumunda 15.0 % yağ aşkar edilmişdir ki, bunun da tərkibində 0.5%  miristin, 0.2% palmitin, 3.2% stearin, 19.0 % olein, 38.0% linol və 31.0 % linolen turşuları vardır.
7.      Aparılmış analizlərin nəticələri göstərir ki, zirincin yarpaqlarının 1 qramında 14.80 mq K, 7.40 mq Ca, 1.20 mq Mg, 0.10 mq Fe, 45.70 mkq Mn, 14.0 mkq Cu, 30.0 mkq Zn, 0.75 mkq Co, 0.40 mkq Mo, 0.42 mkq Cr, 60.0 mkq Al, 8.0 mkq Ba, 2.75 mkq Ni, 0.70 mkq Pb və 68.50 mkq B elementi vardır.
8.      Zirincin ayrı-ayrı orqanlarında alkaloidlərin toplanma dinamikasına nəzər salsaq görərik ki, alkaloidlərin ən çox hissəsi kökdə, ən az hissəsi isə yarpaqda toplanır.
9.      Təbabətdə, yeyinti sənayesində və xalq təsərrüfatının bir çox başqa sahələrində zirincdən müxtəlif məqsədlər üçün geniş istifadə olunduğundan, təbii halda yayılmış zirincin qorunub saxlanması və onun süni yolla çoxaldılması zəruri hesab edilir.
10. Zirincin müxtəlif orqanlarının bioloji aktiv maddələrlə zənginliyini nəzərə alaraq tibb və yeyinti sənayesində istifadə etmək məqsədilə 10-dan çox preparatlar və məhsullar müasir texnologiya əsasında hazırlanmışdır. 
 
 
ƏDƏBİYYAT:
 
1.            Алиев Р.К. Кровоостанавливающие препарат из коры ветвей и стеблей барбариса обыкновенного, произрастающего в Азербайджанской СССР и механизм его действия.- Изв.АН.Аз.СССР, 1952, №9. с.31-49.
2.            Алиев Р.К. Алколоидоносные растения Азербайджана.- Мед. промыш. СССР, 1952, №2. с.20-22.
3.            Axundov F.H. Azərbaycan Respublikasının Şəki-Zaqatala zonasında zirinc meyvəsinin müqayisəli botaniki və biokimyəvi xüsusiyyətləri. Az.ETETİİ. 2001.
4.            Бузук Г.Н. Количественное определение алкалоидов в растениях с помощью восстановленной фосфорно-молибденовой кислоты. Растительные ресурсы. т.95.. вып.1. 1989.
5.            Виноградова О.Н.Барбарис. Москва, 1988.
6.            Ермакова А.И. Методы биохимического исследования растений Л. 1987.
7.            Ибн Сина Абу-Али. Канон  врачебной науки. Ташкент, 1956. т.2. 827 с.
8.            Крюков В.С. Определение витаминов А, Е и каротиноидов в кормах, препаратах и биологических объектах. Метод. указания.- загорск, 1978.
9.            Ларионов Н.Г., Кочерга С.И., Кривут Б.А. Метод количественного определения алкалоидов в крестовнике плосколистном. Хим. Фармацевт. журнал 1980. №3. с. 78-81.
10.       Рзазаде Р.Я. Изучение кровоостанавливающих растений Азербайджана.- Изв. Азерб. Фил. АН СССР, Баку, 1942. №6. с. 15-24.
11.       Сохон Д.Т. Methodology for glycoalkaloid analysis. Amer. potato J, 1984. Vol/ 61, N 3. p. 169-183.
12.       Сурай П.Ф., Жедек М.C. Способ определения витаминов группы Е.А.С. 974262, СССР, 1982.



Создан 06 июл 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi