ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİN YARANMA TARİXİ




ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİN YARANMA TARİXİ


Elm həqiqətin inkişaf etdiyi canlı orqanizmdir, deyiblər müdriklər.

Cəmiyyətin inkişafının bütün mərhələlərində elmin müstəsna rolu olmuşdur.

Ayrı=ayrı minilliklərdə elm zamanın tələblərinə uyğun inkişaf etdirilmiş, əsasən 

fəlsəfə, memarlıq, təbabət, incəsənət ənənələri olan Azərbaycan xalqı da dünya elminin inkişafına öz töhfələrini vermişdir.

Ötən əsrin əvvəllərindən başlayaraq, Azərbaycan elminin inkişafında köklü 

dəyişikliklər baş vermiş, respublika elminin geniş və hərtərəfli inkişafı proqramı hazırlanmışdır.

Böyük Vətən müharibəsi hələ qurtarmamış Azərbaycan Elmlər Akademiyasının 

yaradılması, nəzərdə tutulan proqramın həyata keçirilməsinin əsasını təşkiletmişdir. 

Bu tədbirin həyata keçirilməsində əlbəttə ki, keçmiş ittifaqın arteriyası hesab olunan

 Bakı neftindən daha çox faydalanmaq məqsədi də mühüm roloynamışdır.

1935-ci ildən SSRI EA Zaqafqaziya filialının Azərbaycan bölməsinin SSRI EA-nın Azərbaycan filialına çevrildiyi zaman onun tərkibində kimya, botanika, zoologiya, tarix, etnoqrafiya və arxeologiya, dil və ədəbiyyat institutları, geologiya, fizika, energetika, torpaqşünaslıq sektorlarının fəaliyyətə başlaması gələcəkdə burada elmin bütün sahələrinin inkişaf etdiriləcəyindən xəbər verirdi.

Artıq 1945=ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılmış və on beş nəfərdən ibarətAkademiyaya həqiqi üzv seçilmişdir. Akademiyanın ilk prezidenti M.A.Mirqasımov,da həmin il bu yüksək vəzifəyə seçilmişdir. Ondan sonrakı illər 

Akademiyaya  Y.H.Məmmədəliyev, M.M.Əliyev, Z.I.Xəlilov,,R.Q.Ismayılov, H.B.Abdullayev, E.Y.Salayev, F.Q.Maqsudov başçılıq etmişlər. Hazırda akademik  M.Kərimov Akademiyaya rəhbərlik edir.

Şəki Regional Elmi mərkəzinin yaradılması mərhum akademik SSRI EA-nın müxbir üzvü Həsən Abdullayevin adı ilə bağlıdır.

1972=ci ildə Fizika Institutunun tabeliyində Şəki zona Elmi Bazası kimi fəaliyyətə

 başlayan bu quruma elmin son illərdə əldə etdiyi nailiyyətləri istehsalata tətbiq etməklə sənaye və kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində  geniş elmi=tədqiqat işlərinin aparılması tapşırılmışdır. Eyni zamanda Zona Elmi Bazanın işlərinə köməklik məqsədilə Fizika Institutunun laboratoriya rəhbəri,  fizika=riyaziyyat elmləri doktoru M.E.Bəkirov Azərbaycan EA Rəyasət Heyətinin 

qərarıilə müəssisəyə kurator təyin edilmişdir. Zonal Elmi Baza Azərbaycan EA-nın yeddi institutu ilə birgə Şəki=Zaqatala zonasının 6 rayonunda elmi  araşdırmalarınaparılmasını planlaşdırmışdı.

Şəkidə, qədim tarixə malik ipəkçilik sənayesini daha geniş inkişaf etdirmək üçün,  fiziki amillərin ipəkçilikdə rolu məsələlərini öyrənmək məqsədilə bir neçəistiqamətdə təcrübələr nəzərdə tutulmuşdu.

Bütün canlı orqanizmlərdə olduğu kimi tut ipəkqurdu da müəyyən müddət  (təxminən 12=15 il) keçdikdən sonra qocalır, məhsuldarlığı getdikcə azalır. 

Ona görədə vaxtaşırı sənayeni yeni yüksək məhsuldar cins və hibridlərlə təmin 

etmək lazım gəlir. Bununla yanaşı baramanın yeni üsullarla açılması, tut ipək qurdunun fizikiüsullarla boğulması, baramaçılıqda məhsuldarlığın artırılması 

məqsədilə yeni biostimulyatorlardan və hormon preparatlarından istifadə olunması,

 maqnit sahəsininməhsuldarlığa təsiri və s. məsələlərin araşdırılması fizika qrupuna

 həvalə olunmuşdu.

Şəki=Zaqatala bölgəsi təbii sərvətlərlə də zəngin olduğundan bunlar da geniş və 

hərtərəfli öyrənilməli və onlardan daha səmərəli istifadə olunması məqsədilə elmi surətdə əsaslandırılmış təkliflər hazırlanmalı idi.

Bu məqsədlə, bölgənin mədəni və yabanı meyvə və giləmeyvə bitkilərindən ibarət 

genofond bağının yaradılması işinin icrası Genetika və Seleksiya Institutu ilə birlikdə aparılması nəzərdə tutulmuşdu. Botanika qrupu isə bölgənin efiryağlı  bitkilərinin öyrənilməsini öz tədqiqat planlarına daxil etmişdi. Bitkilərin  ziyanvericiləriniöyrənib onlara qarşı mübarizə tədbirlərinin hazırlanması Zoologiya  Institutu əməkdaşları ilə birgə yerinə yetirilməli idi. Torpaqşünaslıq Institutunun  əməkdaşları iləbirlikdə torpaq örtüyü, onlardan daha səmərəli istifadə etmək  məqsədilə torpaq xəritələrinin hazırlanması işi nəzərdə tutulurdu.

Şəki=Zaqatala bölgəsi bu qeyd olunanlarla yanaşı yeraltı sərvətlərlə də zəngindir.  Böyük Qafqazın cənub yamaclarında Filizçay və Katex polimetal yataqlarınınvə  digər bunlara bənzər faydalı qazıntı yataqlarının aşkar olunması bölgənin geoloji  baxımdan daha çox əhəmiyyət kəsb etməsinə dəlalət edirdi.

Eyni zamanda ərazinin inşaat materialları ilə də kifayət qədər zəngin olması yerli  inşaat materiallarının öyrənilməsi və onlardan səmərəli istifadə məsələləri geologiya qrupu qarşısında qoyulan vəzifələrdən idi.

Coğrafiya Institutu ilə birgə əməkdaşlıq şəraitində Şəki-Zaqatala zonasının selli çayları və onların öyrənilməsi və selə qarşı mübarizə  tədbirlərinin hazırlanmasıvəzifələri yerinə yetirilməli idi.

Şəki=Zaqatala bölgəsi zəngin təbii sərvətlərə malik olmaqla yanaşı, ondan da  qiymətli mənəvi sərvətə: söz, ləhcə, şivə, qədim adət=ənənəni, sənətkarlıq və  mətbəxmöcüzələrini özündə cəmləşdirən, folklor örnəklərinə malikdir. O folklor  örnəkləri ki, onlar minilliklər boyu vaxtaşırı aparılan hər şeyi yerlə=yeksan edən  dağıdıcımüharibələrə mərdliklə sinə gərmiş, məhv olmayıb, tarix boyu xalqımıza  qarşı törədilən zorakılıq və cinayətləri yaddaşlarda qoruyub, saxlaya bilmiş, zaman-zamancilalanaraq, daha da zənginləşmişdir.

Çox təəssüflər olsun ki, hər xalqın öz tarixi keçmişinin öyrənilməsi baxımından çox  böyük əhəmiyyət kəsb edən bu qiymətli mənəvi sərvət müxtəlif səbəblərdən lazımınca tədqiq edilməmiş, kifayət qədər öyrənilməmişdir.

Bu səbəbdən olan mövcud çatışmazlıqları aradan qaldırmaq məqsədilə 1989=cu  ildən elmi bazada folklorşünaslıq və el sənətləri laboratoriyası yaradıldı.

Yuxarıda qeyd olunan elmi=tədqiqat işləri Zona Elmi Bazanın Azərbaycan Elmlər  Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi planlar üzrə nəzərdə tutulan işlərdir.

Qeyd etmək lazımdır ki, bir=iki hal istisna olmaqla, icrası elmi mərkəz qarşısında  qoyulan bütün elmi=tədqiqat işləri vaxtınqda və lazımi səviyyədə yerinəyetirilmişdir.  Cəmi bir nəfər elmlər namizədi və 20 nəfər işçi ilə fəaliyyətə başlayan Zona Elmi  Baza 1995-ci ildən Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin16.04.95=ci il 13/1 saylı  qərarı ilə Şəki Regional Elmi Mərkəzinə çevrildi. Hazırda Elmi Mərkəzdə yeddi  laboratoriya fəaliyyət göstərir. Elmi Mərkəzdə yetmiş nəfərəyaxın işçi çalışır ki,  onlardan üç nəfəri elmlər doktoru, on üç nəfəri elmlər namizədidir. Fəaliyyətə  başladığı gündən indiyədək mərkəzdə 9 namizədlik və 1 doktorluqdissertasiyası  müdafiə edilib. 2 nəfər dissertant elmi işlərini yekunlaşdırmaq üzrədir.

Əldə olunan bu nailiyyətlərdə mərhum akademik Həsən Abdullayevin və Elmi Mərkəzə uzun müddət kuratorluq etmiş professor Məmmədemin Bəkirovunmüstəsna  xidmətləri əməkdaşlarımız tərəfindən həmişə, hər bir tədbirdə qeyd olunur və  xatırlanır.

Eyni zamanda Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin və onun müvafiq  bölmələrinin qayğı və diqqətini daim hiss edən Elmi Mərkəz əməkdaşları əldəolunan  hər hansı bir nailiyyəti bütövlükdə Akademiyanın nailiyyəti hesab edir.

Son illərdə respublikamızda baş verən ictimai-siyasi dəyişikliklər sovet hakimiyyəti dövründə keçilən 75 illik yollara yenidən nəzər salmağı, elmin, mədəniyyətin, sənaye və kənd təsərrüfatının, eləcə də həyati əhəmiyyət kəsb edən, cəmiyyət üçün ən vacib olan digər sahələrin müasir tələblər səviyyəsində inkişaf perspektivləri planının hazırlanmasını tələb edir.

Xalqımızın son 75 ildə əldə etdiyi nailiyyətlər və eləcə də uğursuzluqlar heç də ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.

Bəziləri sovet dövrünün bütün xüsusiyyətlərini pisləyir, bəziləri isə bir sıra yaxşı cəhətləri xeyli şişirdərək keçid dövrünün çətinlikləri ilə müqayisəyə üstünlük verirlər. 

Lakin, bütün bu hadisələrə obyektiv yanaşma mövqeyindən münasibət bildirilsə daha düzgün nəticə əldə olunar. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi mətbuat orqanlarında həmin dövrə aid Azərbaycan elminin də nailiyyətlərini qəbul etməmək və Azərbaycan Elmlər Akademiyasının gələcək fəaliyyətinə şübhə ilə yanaşma halları da vardır.

Inkişaf etmiş xarici dövlətlərin mütəxəssislərinin Azərbaycan elminə, mədəniyyətinə verdikləri yüksək qiymət Elmlər Akademiyasının təkcə neft geologiyası və neft kimyası sahəsində bu vaxta qədər əldə etdiyi çox böyük nailiyyətlər Akademiya elmi haqqında başqa cür düşünənlərin tamamilə yanlış fikirdə olmalarına əyani sübutdur. 

XX əsr Azərbaycan elminin uğurlu nailiyyətlərindən biri də onun Mərkəzdən uzaq bölgələrində elmin inkişaf etdirilməsi məqsədilə Regional Elmi Mərkəzlərin yaradılması hesab edilməlidir. Gəncədə, Naxçıvanda, Şəkidə yaradılan elm ocaqları buna misal ola bilər. 35 illik yubileyinə hazırlaşdığımız Şəki Regional Elmi Mərkəzi yubiley münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Onlardan biri də Elmi Mərkəzin yarandığı gündən bu günə qədər olan fəaliyyəti barədə geniş hesabatı kitabça şəklində hazırlayıb, ictimaiyyətə təqdim etməkdən ibarətdir.

Həmin hesabata başlamazdan əvvəl, Şəki Regional Elmi Mərkəzin yaradılmasına qədərki dövrdə xronoloji baxımdan Azərbaycan elminin və Elmlər Akademiyasının pillə-pillə, mərhələ-mərhələ inkişaf tarixinə nəzər salmağı məqsədəuyğun hesab edirik.

Bu isə öz növbəsində yəqin ki, geniş oxucu kütləsində Azərbaycan elminin mərkəzdən uzaq ərazilərində də yayılması zərurəti haqqında aydın təsəvvür yaradacaqdır.

Qədim tarixə malik dünya dövlətləri arasında Azərbaycanın da özünə məxsus yeri vardır.

Azərbaycanda elmi fikrin inkişafı minilliklərin dərinliyinə doğru gedir. Hələ Azərbaycanın cənubunda yaranmış ilk dövlətin-Mannanın ( e.ə. IX əsr ) yazısı  var idi.

Azərbaycanın şimal hissəsində isə yazının (Mingəçevir qazıntıları zamanı aşkar  edilən alban əlifbası kimi tanınan yazı) V əsrdə yaradılması ehtimal olunur.

Azərbaycanın ərəb işğalı zamanı ( VII əsr) islam dininin qəbul edilməsi ilə burada ərəb əlifbası geniş yayılmağa başlayır. Bu səbəbdən savadlı, maariflənmiş azərbaycanlılar o dövrün müsəlman mədəniyyətinin zənginliklərindən bəhrələnmək imkanı qazanır və özləri də bu mədəniyyətə böyük töhfələr verir.

XI əsrin böyük filoloqu Xətib Təbrizinin, görkəmli filosof ibn Sinanın şagirdi və davamçısı, ibn Mərzban Bəhmənyarın, bir sıra ulduz cədvəlləri tərtib etmiş astronom Fazil Fərməddin Şirvaninin elmi yaradıcılığı, XII əsrdə Yusif və Möminə Xatun məqbərələrini ucaldan görkəmli memar Əcəmi Naxçıvaninin yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir.

Xariqüladə əsərlərində başdan-başa fəlsəfi fikir nəticələri səpələnmiş XII əsr böyük Azərbaycan şairləri Nizami Gəncəvi və Xaqani Şirvaninin adları o dövrün gözəl humanist poeziya səhifələrini bəzəmişdir.

XIII əsrdə Nəsirəddin Tusi tərəfindən (1259-cu il) dünya şöhrəti qazanmış Marağa rəsədxanası yaradılmışdır. Öz dövrünün böyük elmi mərkəzi olaraq bu rəsədxana bir çox ölkələrin alimlərinin diqqətini özünə cəlb edirdi.

XIV əsrin başlanğıcında Təbrizdə özündə təhsil, müalicə və elmi təsisatları, o cümlədən rəsədxananı birləşdirən Darüş-şəfa yaradıldı.

Darüş-şəfada ali məktəb, bir növ universitet fəaliyyət göstərirdi ki, buraya təbiətşünaslığı, fəlsəfəni, tarixi, tibbi, astronomiyanı, məntiqi, ilahiyyətı öyrənmək üçün Şərqin müxtəlif ölkələrindən 6-7 min tələbə yığılırdı.

Bu dövrdə Seyid Yəhya Bakuvinin (fəlsəfə, tarix, coğrafiya, astronomiya), Əbdürrəşid Bakuvinin (tarix, coğrafiya), Fəzlullah Rəşidəddinin (tibb, tarix), tarixçilərdən Məhəmməd Hinduşah Naxçıvaninin, Isgəndər Munşinin, böyük Azərbaycan mütəfəkkiri və şairi Məhəmməd Füzulinin əsərləri şöhrət qazanmışdı. XVIII əsrin sonu, XIX əsrin başlanğıcında alim Zeynalabdin Şirvaninin adı xüsusi çəkilirdi.

Bununla belə, Şərq despotizm siyasi rejiminin hökmranlığı şəraitində Azərbaycanda çiçəklənən mədəniyyət və elm yavaş-yavaş solur və zəifləyirdi. Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra XIX əsrdən başlayaraq rus və Avropa mədəniyyətinin təsiri ilə burada elm və mədəniyyətin inkişafı tamamilə başqa istiqamətə yönəldildi. Bu illərdə Azərbaycanda böyük alim-tarixçi Abbasqulu Ağa Bakıxanov, filosof-mütəfəkkir, bütün şərqdə ilk materialist və ateist Mirzə Fətəli Axundov, böyük təbiətşünas, ilk darvinist alim- Həsən bəy Zərdabi-Məlikov kimi görkəmli elm və ictimai fikir xadimləri yetişmişdi.

Azərbaycanlı alimlər Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov, xüsusilə də Rusiya Akademiyasının müxbir üzvü Mirzə Kazım bəy Rusiyada şərqşünaslıq elminin inkişafına əhəmiyyətli töhfələr verirdilər.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda milli mədəniyyət ənənələrində tərbiyə olunmuş, Avropa və dünya ictimai-siyasi fikrini mənimsəmiş yeni demokratik ziyalılar yetişməyə başladı. Inqilabi demokratik ədəbiyyatın nümunələri- M.Ə.Sabir, C.Məmmədquluzadə və Azərbaycanın digər qabaqcıl yazıçı və şairlərinin əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elmin inkişafı üçün yeni üfüqlər açdı

1921-ci ildə Məmmədhəsən Baharlının Azərbaycan kitabı nəşr olundu. Burada Azərbaycanın sərhədləri, relyefi, faydalı qazıntıları və onların mənimsənilməsi, əhalisinin etnik tərkibi, sənaye və kənd təsərrüfatının inkişaf məsələləri əhatə olunmuşdur. Əsərdə Azərbaycanın etnoqrafiya, coğrafiya, tarix, toponimika elmlərinə aid qiymətli məlumatlar toplanmışdı. Iran Qafqaziya Azərbaycanın birgə xəritəsi də həmin kitabda birinci dəfə işıq üzü görmüşdür. Təəssüf ki, həmin kitab Sovet hakimiyyəti illərində oxucular üçün qadağan olunmuşdu.

Azərbaycanda Sovet hakimiyyətinin qurulması elmi tədqiqatların genişlənməsinə imkan yaradırdı. Həmin illərdə bütün elmi tədqiqat işlərini özündə cəmləşdirən respublikanın ali məktəblərinin, xüsusilə də universitet və Politexnik Institutunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edirdi. Bu ali məktəblərin bazasında gələcək elmi-tədqiqat müəssisələrinin əsası olan müxtəlif cəmiyyət, özək və s. yaradılırdı. 1920-ci ildə Azneftin geoloji bürosu və bundan bir qədər sonra onun nəzdində fəaliyyət göstərən ilk Mərkəzi kimya laboratoriyası,1921-ci ildə isə Bakı dəniz rəsədxanası yaradıldı.

Yaranmış elmi özəklər arasında ən əhəmiyyətli yeri əsası 1923-cü ildə qoyulmuş Azərbaycanı tədqiq və öyrənmə cəmiyyəti tuturdu. Bu cəmiyyətin yaranması və inkişafında Azərbaycan Sovet Hökumətinin başçısı Nəriman Nərimanov iştirak edirdi. Cəmiyyətin başında o dövrdə SSRI Elmlər Akademiyası ölkəşünaslıq bürosunun müxbir üzvü, məşhur Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev dururdu. Başlanğıcda cəmiyyət üç seksiyadan ibarət idi: tarixi-etnoqrafiq, iqtisadi və elmi təbiətşünaslıq

1925-ci ildə buraya dördüncü türkoloji seksiya da əlavə olundu.

Cəmiyyətin rayon mərkəzlərində şöbələri vardı və onlar vasitəsilə yerlərdəki ziyalılar mərkəzlərin işinə cəlb edilirdi.

Azərbaycanı tədqiq və öyrənmə cəmiyyəti-nin təşəbbüsü ilə 1924-cü ilin sentyabrında Bakıda respublikadakı elmi-tədqiqat işlərinin daha geniş vüsət alması zəruriliyinin təbliğində böyük rol oynayan I Ümumazərbaycan ölkəşünaslıq qurultayı keçirildi.

1923-1928-ci illər ərzində cəmiyyət tərəfindən Azərbaycanın tarixinə, iqtisadiyyatına və Azərbaycan xalqının mədəniyyətinin müxtəlif məsələlərinə həsr edilən 50-yə yaxın kitab, braşura buraxılmışdı.Cəmiyyət tərəfindən buraxılan kitablar arasında Azərbaycanda o dövrdə humanitar elmlərin inkişafında bilavasitə iştirak edən məşhur rus alimləri akad. V.V. Bartoldun Mesto prikaspiyskix oblastey v istorii musulmanskoqo mira, akad. I. I. Meşşaninovun Xaldeyşünaslıq, böyük Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun Gülüstani- Irəm və s. əsərləri də var idi. 1929-cu ilin sonunda Azərbaycanı tədqiq və öyrənmə cəmiyyəti Azərbaycan Dövlət Elmi Tədqiqat Institutuna çevrildi ki, onun da bazasında1932-ci ildə SSRI Elmlər Akademiyasının Zaqafqaziya filialının demək olar ki, bütün rayonlarda yerləşən dayaq məntəqələrinə və elmi təcrübi stansiyalarına malik otuzdan yuxarı elmi müəssisə və ali məktəb fəaliyyət göstərirdi.

1935-ci ildə SSRI EA Zaqafqaziya filialı Azərbaycan filialına çevrildi. Onun tərkibində kimya, botanika, zoologiya, tarix, etnoqrafiya və arxeologiya, dil və ədəbiyyat institutuları, geologiya, fizika, energetika, torpaqşünaslıq sektorları işə başladı.

XX əsrin 20-30-cu illərində respublikada elmin inkişafı üzrə böyük elmi təşkilati və rəhbərlik işini S.Ağamalıoğlu,Ə.Ə.Haqverdiyev, R.A.Axundov, S.M.Əfəndiyev, I.M.Qubkin, F.Y.Levinson-Lessinq, S.S.Nametkin, V.X.Xuluflu həyata keçirirdilər. 30-40-cı illərdə də elmin inkişafında bir sıra nailiyyətlər əldə edildi.

Böyük Vətən müharibəsi illərində Azərbaycanın alim və mütəxəssisləri faşist işğalçıları ilə mübarizədə Sovet xalqının ümumi qələbəsinə öz töhfəsini vermək məqsədi ilə əllərindən gələni edirdilər.

Azərbaycan Elmlər Akademiyasının yaranması Sovet xalqının Böyük Vətən müharibəsində qəhrəmanlıqla qələbə çalması ilə üst-üstə düşdü və respublikanın quruculuq illərində qazandığı müvəffəqiyyətlərin qanunauyğun nəticəsi oldu.

31 mart 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlərinin ilk ümumi yığıncağı keçirildi. Görkəmli Sovet alimlərinin iştirak etdiyi bu yığıncaqda qeyd edildi ki, Azərbaycan EA-nın yaradılması Sovet dövründə Azərbaycan elminin 25 ildə keçdiyi yolun qanunauyğun zirvəsi olub, Azərbaycan SSR-in iqtisadi və mədəni inkişafına geniş yol açdı.

Həmin dövrdə 150 professor və elmlər doktoru, 380 dosent və elmlər namizədi olan respublikada 1200 elmi işçi çalışan 66 elmi müəssisə fəaliyyət göstərirdi. Azərbaycan alimlərinin bir sıra nailiyyətləri ümumittifaq və dünya miqyasında tanınmışdı.

Azərbaycan SSR Elmlər Akademiyası 30 illik məhsuldar fəaliyyəti ərzində ölkədə ən iri elm mərkəzlərindən birinə çevrildi. Bu zaman ərzində ona M. A. Mirqasımov, Y. H. Məmmədəliyev, Z. I. Xəlilov, R. Q. Ismayılov, H. B. Abdullayev rəhbərlik edirdilər.

Elmlər Akademiyasının ilk onilliyi onun təşəkkül mərhələsi oldu.

Bu illərdə elmin vəzifəsi ölkədə və respublikada xalq tsərrüfatının bərpası, iqtisadi və mədəni quruculuq işlərində yaxından iştirak etməkdən ibarət idi. Bu məsələlər ən mühüm problemlərin daha dərindən işlənməsi zərurəti, istehsalatla yaradıcı əlaqələrin qurulması, elmi kadrların hazırlanması ilə bağlı idi.

1960-cı ilin mayında SSR Elmlər Akademiyası ilə Zaqafqaziya respublikaları elmlər akdemiyalarının birləşmiş elmi sessiyası regionda, xüsusən də Azərbaycanda elmin hansı yüksəkliklərə çatdığını əyani olaraq göstərirdi.

1960-cı ilin aprel-may aylarında SSR Elmlər Akademiyasının, başda onun vitse-prezidenti akademik A. V. Topçiyev olmaqla, böyük bir alim qrupu Bakıda oldu. Onlar Azərb. SSR Elmlər Akademiyasının əsas elmi istiqamətlərinin vəziyyəti və perspektivləri ilə tanış olur, akademiya müəssisələrinin elmi fəaliyyəti məsələlərinin müzakirəsində iştirak edir, azərbaycanlı həmkarları ilə qazanılmış təcrübəni bölüşürdülər. Alimlərin işinin nəticələri Azərb. SSR Elmlər Akademiyasının ümumi iclasında və SSR Elmlər Akademiyası ilə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə iclasında müzakirə edildi.

Konkret tarixi şəraitdən, iqtisadi inkişafın təşəkkül tapmış istiqamətlərindən,iri elmi məktəblərin və yüksək ixtisaslı alim və mütəxəssis kadrların olmasından bəhs edilərək 60-cı illərdə SSR Elmlər Akademiyasının, o cümlədən də Azərb. Elmlər Akademiyasının elmi tədqiqatlarının aparıcı istiqamətləri müəyyənləşdirildi. Bu mühüm işdə SSR Elmlər Akademiyasının vitse-prezidenti akad. N.N.Semyonovun başçılıq etdiyi komissiya Azərb. SSR Elmlər Akademiyasına xeyli kömək göstərdi. Böyük yaradıcılıq gərginliyi şəraitində ittifaq və respublika akademiyalarının alimləri arasında görülmüş işlərin nəticələri, Azərb. SSR Elmlər Akademiyasında elmin aktual problemləri üzrə inkişaf perspektivləri haqda işgüzar söhbətlər aparıldı. SSR Elmlər Akademiyasının komissiyası respublika akademiyasının alimləri ilə birgə tədqiqatların əsas istiqamətləri üzrə və AzərbaycanSSR Elmlər Akademiyasının strukturunda hər bir elmi müəssisənin fəaliyyətinin əsas istiqamətləri üzrə tövsiyyələr işləyib hazırladı. Komissiyanın tövsiyyələri SSRI Elmlər Akademiyasının xüsusi sərəncamında öz əksini tapdı.

Bu işin nəticəsində respublika Elmlər Akademiyasının aşağıda göstərilən əsas elmi istiqamətləri dəqiq müəyyənləşdirildi:

- kimya və neft emalının elmi əsaslarının işlənməsi (neft-kimya sintezi, neft və qaz emalı, kimyəvi proseslər nəzəriyyəsi);

-neft geologiyası, neft və qaz yataqlarının işlənməsinin elmi əsasları, Azərbaycanın faydalı qazıntılarının kompleks öyrənilməsi və istifadəsi (filiz və qeyri-filiz);

-yarımkeçiricilər fizikası (yüksək yarımkeçiricilərin alınması və tətbiqi, yarımkeçirici cihazların işlənməsi və yaradılması);

-kibernetika, riyazi hesablama və hesablama texnikası (xalq təsərrüfatının aparıcı sahələrinin istehsal proseslərinin avtomatlaşdırılmasının kibernetik məsələləri, konkret iqtisadiyyat məsələlərinin həlllində riyazi üsulların və hesablayıcı maşınların tətbiqi);

-əsas kənd təsərrüfatı bitkilərinin və heyvanların fiziologiyası, biokimya, radiobiologiya, torpaqşünaslıq, aqrokimya, genetika və seleksiya;

-tarix, Azərbaycan iqtisadiyyatı və ədəbiyyatı, müasir Azərbaycan xalqının ictimai-fəlsəfi fikir tarixi;

-Azərbaycan xalqının yazılı abidələrinin, sovet və xarici Şərq xalqlarının əlyazmalarının öyrənilməsi, Yaxın Şərq ölkələrinin tarixi, iqtisadiyyatı və mədəniyyəti (Iran, Türkiyə, Əfqanıstan, Ərəb ölkələri ).

1965-ci ilə qədər Azərb. Elmlər Akademiyası sistemində bir neçə yeni elmi müəssisə yaradılmışdı, işçilərin ümumi sayı artmışdı (2500 nəfərdən artıq), elmlər doktorlarının sayı 119-a, namizədlərin sayı 759-a çatmışdı. Elmi tədqiqat işlərinin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə yüksəlmiş, laboratoriyalar aktiv surətdə müasir elmi avadanlıqla təchiz edilirdi. Həmin illərdə elmi müəssisələr üçün nəzərdə tutulmuş xüsusi binalar kompleksi - Akademiya şəhərciyi alimlərin istifadəsinə verildi.

Respublikanın Elmlər Akademiyasının bütün fəaliyyəti boyu SSRI Elmlər Akademiyasının rəhbərləri və bir çox görkəmli alimləri ona istər elmi tədqiqatların inkişafında, istərsə də mühüm elmi-təşkilati məsələlərin həllində daimi diqqət və kömək göstərirdilər. Akademik M. V. Keldışın 1972-ci ildə Bakıya gəlişi Azərb. SSR Elmlər Akademiyasının fəaliyyəti ilə tanışolması, respublika alimlərinin nailiyyətlərini yüksək qiymətləndirməsi, Azərbaycanda elmi tədqiqatların sonrakı inkişafının istiqaməti haqda qiymətli göstərişlər verməsi respublika elmi ictimaiyyətinin həyatında böyük hadisə oldu.

SSRI Elmlər Akademiyasının aparıcı alimlərinin Azərbaycan Elmlər Akademiyasını yaradıcı əməkdaşlıq və təcrübə mübadiləsi məqsədi ilə ziyarət etməsi gözəl və xeyirli bir ənənəyə çevrilmişdi. Təkcə 1970-1972-ci illər ərzində SSRI Elmlər Akademiyasının elmin müxtəlif sahələrini təmsil edən 100-dən çox aparıcı alimi Azərbaycan SSR Elmlər Akademiyasında olmuşdur.

Azərbaycan SSR Elmlər Akademiyasında aparılan tədqiqatların miqyasının genişlənməsini, işlənilən problemlərin artan əhəmiyyətini, başa çatmış elmi işlərin səviyyəsinin və səmərəsinin yüksəlməsini aşağıdakı rəqəmlər təsdiqləyir. Işlənən problemlərin sayı 1966-cı ildə 82 olduğu halda, 1972-ci ildə bu rəqəm xeyli artmışdır. Sovet elminin ən mühüm nailiyyətləri kimi 1970-ci ildə Azərbaycan alimlərinin 17 işi qeyd olunmuşsa, 1972-ci ildə bu rəqəm 37-yə çatmışdı.

Əsas diqqət elmi tədqiqatların nəticələrinin xalq təsərrüfatına tətbiqi, elmin istehsalatla effektiv əlaqələrinin həyata keçirilməsinə yönəldilməsi idi. Heç şübhəsiz ki, bu qeyd olunanlar qədim Azərbaycan elminin və Azərbaycan Elmlər Akademiyasının tarixi baxımdan əldə etdiyi nailiyyətlərin cüzi bir hissəsidir.

Beləliklə, elmi-tədqiqat işlərinin müsbət nəticələrinin sənaye və kənd təsərrüfatına tətbiqi özü zamanın tələbinə çevrilməkdə idi. Elə buna görə də Azərbaycan Elmlər Akademiyasının ilk yaradıcıları, dünyanın bir çox ölkələrində tanınan görkəmliakademiklərin yekdil rəyi ilə respublika elminin yayılma arealını daha da genişləndirmək, mərkəzdən uzaq əraziləri də əhatə etmək qərarı qəbul edildi. Və nəhayət, 1972-ci ilin aprelində Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Həsən Abdullayevin başçılığı ilə SSRI Tibb Elmləri Akademiysının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Topçubaşov, akademiklərdən Əşrəf Hüseynov, Əlisöhbət Sumbatzadə, Məmməd Arif Dadaşzadə, Vladimir Volobuyev, Şamil Əzizbəyov və Toğrul Şahtaxtinskidən ibarət Rəyasət Heyəti ilə birlikdə akademiklərdən Imam Mustafayev, Mirəli Qaşqay, Cəbrayıl Hüseynov, Əzəl Sultanov, Müzəffər Abutalıbov, Həsən Əliyev, Həmid Araslı və digər görkəmli akademiklərin iştirak etdiyi çox nüfuzlu bir elmi yığıncaqda Şəki şəhərində Azərbaycan Elmlər Akademiyasının Şəki Zona Elmi bazası yaradılması haqqında qərar çıxarılır.

Belə bir sual ola bilər ki, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti elmin başqa regionlarda da inkişaf etdirilməsi tədbirini nə üçün ilk növbədə Şəkidən başlamağı məqsədə uyğun hesab edib ?

Belə bir seçimin əsas səbəblərindən biri kimi Şəkinin qədim tarixə malik olması ilə yanaşı, burada, xalqımızın milli adət-ənənələrinin nisbətən daha çox qorunub saxlanması, tarixi, arxeoloji, etnoqrafik, folklor, sənətkarlıq, dil, ləhcə, yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olmasına baxmayaraq, onların bir o qədər də yaxşı öyrənilməsi ilə yanaşı sonuncu yüzilliklərdə burada elm, mədəniyyət, incəsənət sahəsində bir çox görkəmli şəxsiyyətlərin yetişməsi də mühüm rol oynamışdır. Digər tərəfdən burada kifayət qədər elmi dərəcəli və yüksək ixtisaslı kadrların olması və ipəkçilik daxil olmaqla, digər kənd təsərrüfatı məhsulları istehsalında bölgənin respublikada aparıcı mövqeyi də öz təsirini göstərmişdir.

Bu qeyd olunanlarla yanaşı Azərbaycan Elmlər Akademiyasının o vaxtkı prezidenti SSRI Elmlər Akademiyasının müxbir üzvü, yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, mərhum Həsən Abdullayev Şəkidən SSRI Ali Sovetinə deputat seçilmişdi.

Seçicilərin deputatla keçirilən görüşlərində Şəkidə Akademiyanın hər hansı bir şöbəsinin yaradılması xahişi də yəqin ki, belə bir addımın atılmasında müəyyən rol oynamışdır. Burada bir qədər Şəkinin qədim tarixinə aid əldə olunan sonuncu onilliklərin materiallarını oxuculara az da olsa xatırlatmaq yerinə düşərdi.

Məlumdur ki, Şəkinin qədim tarixinə aid məlumatlar çox azdır. Bunu Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Şəkinin keçmişini çox diqqətlə öyrənən mərhum prof. Mahmud Ismayıl da xüsusi qeyd edir.

Şəkinin qədim orta əsrlər və sonuncu yüzilliyə qədərki tarixinə aid bir neçə kitabın müəllifi (Ağ yapıncı╗, Sənin ulu baban╗, Şəki və Şəki xanlığı╗), qocaman tədqiqatçı alim belə bir qənaətə gəlib ki, müasir Şəki şəhərinin əsası e.ə.VII əsrdə, yəni təxminən 2700 il bundan qabaq saklar tərəfindən qoyulmuşdur. Vaxtilə Sakasena və ya Şakaşen adlanan bu yerin adı müasir şəklə düşənə qədər uzun təkamül yolu keçmişdir. Ərəb istilaları ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətli şəhərlərindən biri idi.

Hələ e.ə. və eramızın I əsrində Şəki rayonu arxeoloqların Yaloylu təpə mədəniyyəti adlandırdıqları maddi mədəniyyətin yayıldığı ərazidə yerləşmişdi.

Şəkinin ticarət və sənətkarlıq mərkəzindən birinə çevrilməsi burada V-VII əsrlərdə ipəkçiliyin inkişafı ilə əlaqələndirilir.

VII əsrin ortalarında Azərbaycan ərəb xilafətinin hücumuna məruz qaldı. Ərəblər ön Asiya ölkələrini zəbt etdikdən sonra Azərbaycana soxuldular. Ərəb qoşunları Ermənistan ərazisini, Beyləqanı, Şamxoru, Qəbələni tutandan sonra Şəkkan hökmdarı ilə xərac vermək şərti ilə sülh bağladı. Buradan məlum olur ki, VII əsrdə Şəki müstəqil knyazlıq idi və ərəb xilafətinin hakimiyyətini qəbul etməyə məcbur olmuşdu. Ərəb hakimiyyəti dövründə də Şəki öz muxtariyyətini qoruyub saxlaya bilmişdi.

IX-XI əsr ərəb müəllifləri Şəki haqqında maraqlı məlumat verirlər. Məsudi yazır ki, Şəki Tiflisdən Dərbəndə keçən dağ yolu üzərindədir. Hüdud-əl ələm əsərinin müəllifinə görə Şəki böyük şəhər olub çox zəngin idi.

XIV əsrin I yarısında Hülakülər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat nəsli hakimiyyətə gəldi. Lakin XIV əsrin sonlarında Şəki Teymurləngin hücumuna məruz qaldı. Şərafəddin Yəzdinin verdiyi məlumata görə, 1386-cı ildə Teymurləngin qoşunları Şəkini qarət etdikdən sonra Qəbələdə düşərgə salaraq, burada uzun müddət qaldılar. Teymurləngin ölümündən sonra, Şəki yenə də müstəqillik qazandı. O, Şirvanşahlar və Gürcüstan dövləti ilə dostluq münasibətində idi. Şəki ilə ittifaqda olan Gürcüstana göndərilən cəza dəstələri də Şəkiyə çox ziyan vurdular. 1441 - ciildən 1551 - ci ilə qədər 110 il müddətində Şəkini Qara Keşiş oğlu nəsli idərə edirdi. Rəvayatə görə albanxaçpərəst olan Qara Keşiş oğlu varlı kənd keşişi idi. Sülalənin əsasını onun oğlu Candar Keşişoğlu qoymuşdu. O, müsəlmanlığı qəbul edərək ozünü Əlican adlandırmışdı.

XV əsrdə Şəki hakimləri ilə Kaxetiya çarlığı arasında dostluq münasibətləri olmuşdur. Lakin bəzən onların arasında toqquşmalar da baş verirdi.

Şəkinin XV əsr iqtisadi və ictimai həyatına dair material çox azdır. Şəki əyalətində kənd təsərrüfatı, xüsusilə ipəkçilik inkişaf etmişdi. Əhalinin etnik tərkibi artıq sabitləşmişdi. Qədim yerli əhali olan albanların böyük əksəriyyəti Azərbaycan xalqının tərkib komponenti olmuşdu.

1521 - ci ildə Kaxetiya çarı Levan (mənbələrdə Ləvənd adlandırılır) Şəki üzərinə hücum etdi. Şəki hakimi, bu zaman Naxçıvanda olan Şah Ismayıla müraciət edərək kömək istədi. Səfəvilərin vassallarından olan Kaxetiya çarı Levan Şah Ismayılın yanına gələrək günahından keçməsini xahiş etdi (onunla birlikdə digər gürcü hökmdarları da Şah Ismayılın düşərgəsinə gəldilər). Beləliklə, Şəki Təbriz hökumətinin vassalı olmaq etibarı ilə öz daxili müstəqilliyini saxlaya bildi.

1524 - cü ildə Şah Ismayıl Şirvana, oradan isə Şəkiyə gəldi. Şəki hökmdarı Həsən bəy onu böyük təntənə ilə qarşıladı. Şah Ismayıl Şəki ilə Gürcüstan arasında olan yerdə, çox güman ki, indiki Zaqatala tərəfdə ova çıxdı. Bu ovda Şəki əyanları da iştirak edirdi.

XVII əsrin əvvəllərində Iran şahı I Şah Abbasın müharibələri nəticəsində Azərbaycan, o cümlədən Şəki Iran əsarəti altına düşdü. Şəkinin idarəsi Şahmirxana verildi. Bu dövrdə, daha doğrusu 1647 - ci ildə Şəkidə olmuş türk səyyahı Övliya Çələbinin yazdığına görə Şəkidə 3000 ev var idi və əhalisinin sayı 25-30 min nəfər idi. Övliya Çələbi göstərir ki, Şəkinin iki darvazası Gəncə və Şirvan qapıları var idi. Burada 7 məscid və qala var idi. O, eyni zamanda Şəkidə ipəkçiliyin geniş inkişaf etdiyini qeyd edir.

Isgəndər Münşinin Tarix-i aləm arayi Abbasi əsərinə istinad edən tədqiqatçı T. Musəvi qeyd edir ki, Şah Abbas 1617 - ci ildə Osmanlılarla üçüncü dəfə sülh bağlandıqdan sonra həmin ilin payızında Şəki vilayətinə gəlmiş və 1618 ci ilin yazına qədər burada qalmışdır. O, Şəki hakimliyinə Cəyirli Məhəmməd Sultanı təyin etdi. (1629  cu ilə qədər hakim olmuşdur). I Şah Səfi zamanı Şəki hakimliyi Aslan Sultan adlı bir feodala tapşırılmışdı.

1650  ci ildə Səfəvilər sarayında böyük mövqeyə malik olan şəkili Davudun qardaşı Səfiqulu Şəki vilayətinə məlik təyin edildi. Onun 15 il davam edən hakimiyyəti dövründə əhali üzərində yeni ağır vergilər qoyuldu.

1665  ci ildə Şəki Şirvan bəylərbəyinə tabe edilmişdi. Lakin bir qədər sonra hakimiyyətə gəlmiş Şah Süleyman (1667 1694) Allahqulu Sultanı Şəki vilayətinə məlik təyin etdi. Köhnə idarə sistemi bərpa olundu. Əhalinin vəziyyəti pisləşir, istismarın, soyğunçuluğun dərəcəsi durmadan artırdı. XVII əsrin 70 ci illərinin sonunda vəziyyət xüsusilə ağırlaşdı. Öz zülmkarlığı ilə məşhur olan Məlik Həsənin soyğunçuluğu ucbatından vilayət əhalisinin xeyli hissəsi öz doğma yurdundan Gürcüstana və Qarabağa köçməyə məcbur oldu.

Nadir şahın dövründə (1736 47) Şəkidə Iran əsarətinə qarşı narazılıq artdı. 1743  cü ildə şəkililər üsyan edib Nadirin Şəkidəki vəkili Məlik Nəcəfi öldürdülər. Şəkidə hakimiyyəti üsyanın başında duran yerli feodal Hacı Çələbi ələ keçirdi. Nadir şahın ölümündən sonra Hacı Çələbi bütün Şəki əyalətində möhkəmləndi. Onun dövründə Şəki xanlığı Azərbaycanın ən qüdrətli xanlıqlarından biri idi. 1775  ci ildə şəhərin ətrafına müdafiə divarı çəkilmişdi. 1805  ci ildə Şəki xanlığı Rusiyanın himayəsinə keçdi. Şəki xanlığı ləğv edildikdən (1819) sonra Şəkini (Nuxanı) çar komendantı idarə edirdi. Komendant üsuli-idarəsinin ləğvindən sonra Nuxa qəzası yaradıldı.

Mahmud Ismayıl və Maya Bağırovanın qeyd etdikləri kimi XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycanın daxili və xarici siyasi vəziyyəti çox mürəkkəb idi. Ölkədə baş verən ara müharibələri, Rusiya və Iranın Azərbaycana qəsbkar basqınları ölkəni çox ağır vəziyyətə salmışdı. Belə bir mürəkkəb şəraitdə, XIX əsrin əvvəllərində çar Rusiyası Azərbaycan torpaqlarını işğal etdi, Azərbaycan xalqının öz dövlət müstəqilliyini itirməsi kimi ən mürtəce bir hadisə baş verdi. Azərbaycan, o cümlədən Şəki xanlığı, xalqın sona qədər mübarizə aparmasına baxmayaraq, çar Rusiyasının müstəmləkəsinə çevrildi.

Beləliklə, Şəkinin qədim tarixə malik olması ilə əlaqəli yuxarıda qeyd olunan qısa məlumatlardan sonra, daha bir fikrəsonuncu yüzilliklərdə burada elm, mədəniyyət, incəsənət sahəsində bir çox görkəmli şəxsiyyətlərin yetişməsi nə də bir qədər aydınlıq gətirilməsinə ehtiyac duyulur.

Tarixi mənbələrdə qeyd olunduğu kimi, XVIII əsrdə Şəki, xanlığın siyasi mərkəzi olmaqla yanaşı, mühüm mədəniyyət mərkəzi idi, burada mədrəsələr də vardı.

Şəkidə bir çox şairlər yaşayıb, yaratmışdılar ki, onlardan bəziləri saray şairləri olmuşdur. Bunlardan Hacı Məhəmməd Zare, Rafei, Şəki xanı Məhəmməd Hüseyn xan Müştaq və başqalarını göstərmək olar. Bu dövrün tanınmış şairlərindən olan Nəbi şəxsən M. P. Vaqiflə yaxın olmuş və onunla

məktublaşmışdır. Mənbələrdə qeyd olunur ki, Hüseyn xan Müştaq da Vaqiflə yaxın münasibətdə olmuşdur. Həmin dövrdə Şəkidə Süleyman adlı bir şair də yaşamışdır. Qeyd olunan məlumatlar Şəki xanları nəslindən olan Kərim Ağa Fatehin Şəki xanlarının müxtəsər tarixi əsərində daha geniş şərh edilir.

Xanlıqlar dövründə Azərbaycanda rəssamlıq və memarlıq sənətinin də yüksək səviyyədə inkişaf etməsinə nümunə məşhur Şəki xan sarayını göstərmək olar.

XIX əsrin görkəmli şəxsiyyətlərindən söz açdıqda, ilk növbədə göz önündə böyük Mirzə Fətəli Axundzadə canlanır. O, Mirzə Fətəli ki, imzası qarşısında böyük yazıçı, materialist filosof, inqilabçı demokrat, islam şərqində realist dramaturgiyanın banisi və Azərbaycan ədəbi tənqidi fikri inkişafının əsasını qoyan ifadələri yazılır. Bu dövrün müxtəlif illərində yaşayıb, yaradan şair və yazıçılar sırasında Hacı Rəsulun, Kərim Ağa Fatehin oğlu, Şuxi təxəllüsü ilə tanınan Mustafa Ağa Şəkixanovun, Şəməddüz (çarıqçı) təxəllüslü Məhəmmədəmin Molla Ibrahim Xəlilin, Dəli Bəbirin, Aşıq Novruzun, Mahtab xanım və Mah xanım, Ismayıl bəy Nakamın, Molla Cümanın, Rəşidbəy Ismayılovun, Hacı Həsən Mollazadənin və Rəşidbəy Əfəndiyevin adları çəkilir.

Sonuncu yüzilliyin görkəmli ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri və alimləri sırasında isə Salman Mümtaz, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Ələsgər Abdullayev, Əlövsət Sadıqov, Lütvəli Abdullayev, Ismayıl Osmanlı, Yusif Vəliyev, Hacıoğlu, Cövdət Hacıyev, Şəfiqə Axundova, Cavanşir Quliyev, Emin Sabitoğlu, akdemiklərdən Cəbrayıl və Cəlil Hüseynovlar, Əzəl Sultanov, Qurban Cəlilov, Heydər Əfəndiyev, Mahmud Ismayıl, Əbdüləzəl Dəmirçizadə, Fuad Əbdürrəhmanov, Məcid Rəsulov, Zülfuqar Zülfuqarov, Yusif Əbdürrəhmanov və yüzlərlə digər elmlər doktorları və professorların adları iftixarla xatırlanır.

Onu da qeyd etmək lazımdır ki, bu siyahı Şəkidən olan görkəmli şəxsiyyətlərin heç də hamısı deyil. Inqilab ərəfəsində və ondan sonrakı ağır illərdə başqa ölkələrə köçüb, orada yaşayan adlısanlı soydaşlarımız haqqında məlumatlar olmadığından biz onlar haqda bir şey yaza bilmirik.



06 2013. 05 2013



         
Email


email
email @
email !
,
 LiveRSS:   RSS-  Valyuta məzənnəsi