Siderat bitkilər

Müəlliflər: Fərhad Əzizov və Hüseyn Mustafabəyli



 

Fərhad Əzizov – Şəki Regional Elmi Mərkəzinin direktor müavini, 

biologiya üzrə fəlsəfə doktoru

Hüseyn Mustafabəyli – Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri,

 geologiya -mineralogiya üzrə fəlsəfə doktoru


 

Məqalə Şəki rayonu Şorsu kəndi ərazisində olan bataqlıqlaşmış

sahənin  AR Prezidentinin yanında Elmin inkişafı fondu

tərəfindən sağlamlaşdırılması tədbirlərinə aid

2017 –ci il iyun ayı üzrə aparılan"Azərbaycanın şimal-qərb

bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə

innovativ tədbirlər paketi və aqro ekoloji modelin

işlənib hazırlanması"  qrant layihənin icrasına həsr edilmişdir.

 

Müasir əkinçiliyi torpaqların münbitliyini artıran siderat bitkilərsiz təsəvvür etmək çətindir. Sideratların tətbiq olunmasında əsas məqsəd torpağın strukturunun yaxşılaşdırılması, onlarda üzvi maddənin miqdarının artırılması və alaq otlarının inkişafının qarşısının alınmasıdır. Sideratlar müəyyən inkişaf fazasına qədər becərilən və sonra biçilərək torpağa qarışdırılan xüsusi bitki növləridir. Adətən onların yerüstü hissəsini bitkinin toxumlamamışdan əvvəlki, yəni maksimal mineral maddələrlə zənginləşdiyi dövrdə biçirlər. Biz sideratları müxtəlif keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun olaraq təsnif edə bilərik. Siderratlara 400 -ə qədər bitki nğvü aid edilir. Ən çox onları bitki fəsilələrinə (ailələrinə) görə qruplaşdırırlar. Burada , 1) taxılkimilər, 2) xaççiçəklilər, 3) paxlalılar, 4) qarabaşaqkimilər, 5) hidrofillər, 6) mürəkkəbçiçəklilər, 7) pencərkimilər.

 

Hər bir fəsiləyə aid olan bitkilər torpağın tərkibinə, keyfiyyətinə və  məhsuldarlığına özünəməxsus qaydada təsir göstərir. Məsələn, paxlalılar qruntu azotla zənginləşdirir və  kökləri ilə yuxarı horizontu yumşaldır. Hidrofil və xaççiçəklilər fəsiləsinə aid olan bitkilər faydalı həşəratları özlərinə cəlb edirlər. Aşağıdakı cədvəldə hər bir fəsiləyə aid olan bitkilərin torpağa göstərdiyi təsir diqqətə çatdırılmışdır:

 

 

Fəsilənin adı

 Torpaq tipi 

Torpağa göstərdiyi təsir

Taxılkimilər (çovdar, vələmir, kalış (sorqo) və yaxud sudan otu, arpa, buğda)

İstənilən,

hətta turş,

gillicəli və

qumlucalı.

Kaliumun , azotun ehtiyatını artırır, torpağın strukturunu yaxşılaşdırır, sukeçirmə qabiliyyətini artırır, yuyulmanın qarşısını alır, alaq bitkilərindən və nematodlardan qoruyur.


Paxlalılar ( qarayonca, üçyarpaq  yonca, xaşa, soya, noxud, paxla, mərci, acıpaxla, xəşəmbül, çölnoxudu) Бобовые (люцерна, клевер, эспарцет, соя, горох, бобы, чечевица, люпин, донник, вика)

 

 

Yüngül növlərdən

orta ağırlara qədər.

Azotla zənginləşdirir, üst qatı yaxşı yumşaldır, pis həll olunan fosfatların çıxarılmasına səbəb olur, alaq bitkilərindən və nematodlardan qoruyur.

 

Xaççiçəklilər (xardal, yazlıq və qışlıq raps, yağlıq ağ turp, vəzərək) Крестоцветные (горчица, сурепка, рапс озимый и яровой, масличная редька)

 

 

Turşlardan başqa yüngül növlərdən ağırlara qədər

Kökləri ilə torpağın alt qatlarını yumşaldır, mineral elementlərin yuyulmasını azaldır. pis həll olunan fosfatların çıxarılmasına səbəb olur və böyük miqdarda yaşıl kütlə əmələ gətirir.


 

Qarabaşaqkimilər (qarabaşaq)Гречишные (гречиха)


 

 

Kasıb, ağır.

Torpağı yaxşı yumşaldır, strukturunu yaxşılaşdırır, fosforla, kaliumla və üzvi maddə ilə zənginləşdirir.

 

 

Hidrofillər (faseliya) Гидрофильные (фацелия)

 

 

 

İstənilən

Alaq otları və zərərli mikroorqanizmləri məhv edir, torpaq strukturunu və hava keçirmə qabiliyyətini yaxşılaşdırır. Torpaşın pH göstəricisini turş mühitdən neytrala dəyişdirir.


 

Mürəkkəbçiçəklilər (günəbaxan)

 

İstənilən

Tez bir zamanda kompost üçün yaşıl kütlə yaradır, nematodların inkişafının qarşısını alır, lakin torpağı zəiflədir.


 

Pencərkimilər (pencər)

İstənilən, lakin daha çox yüngül gillicəli

və çimli-podzol torpaqlarda.

Kökləri torpağı xeyli yumşaldır, azotla zənginləşdirir və münbitliyini artırır.

 

Əksər hallarda torpaqları sağlamlaşdırmaq məqsədilə əkin sahələrində çovdar, vələmir, arpa, xardal, qatrayonca, acıpaxla, üçyarpaq yonca, yağlıq ağ turp kimi daha ucuz başa gələn bitki növlərindən istifadə olunur. Burada, həm də daha çox birillik bitkilərdən istifadə olunur, bəzən çoxilliklərdən çovdar, üçyarpaq yonca, qışlıq raps, xaşa, vəzərək, xəşəmbül, çölnoxudu tətbiq edilir. Bir çox siderat bitki növləri, məsələn, faseliya və amarant təsərrüfatlarda az becərilir. Bu sidert bitki nğvlərindən bəzilərini bir ildə bir neçə dəfə becərmək mümkündür.Bir çox hallarda daha böyük effekt almaq üçün çölnoxudu ilə çovdar toxumları qarışdırılır. Bərabər miqdarda qarışdırılmış çölnoxudu, yağlıq ağ turp və ağ xardaldan ibarət qatışıqlardan hətta satış məqsədi ilə də istifadə edirlər.


Taxılkimilər. Bu fəsiləyə aid olan bitkilərin çox geniş şaxələnmiş kök sistemi olduğundan torpağı kiçik hissəciklərə bölür. Kartof əkilmiş torpaqların həm üzvi maddələrinin miqdarını artırır və həm də nematod qurdları məhv edir.  (FOTO 1)


Paxlalılar.  Onların kök sistemi daha çox azot birləşmələri toplayır və çətin həll olan fosfatları asan həll olan formaya salır. Pomidor, kartof, istiot, xiyar, çiyələk, qarpız və yemiş bitkiləri üçün çox faydalıdır.

Paxlalllardan ibarət sideratlardan istifadə etdikdən sonra burada dicər paxlalılar – noxud, lobya və mərci əkilməsi məsləhət görülmür.

Alaq otları və nematodlardan xilas olmaq üçün bütün növ paxlalıların siderat kimi istifadə olunması məqsədəuyğundur.

Tərəvəzlərdəki mövcud xəstəliklərin – köklərdəki çürümə, kartoflardakı yara-xoraların aradan qaldırılması üçün acıpaxladan istifadə edilməsi daha yaxşı nəticə verir.

Acıpaxlanın ağ növləri qumsal və gillicəli torpaqlarda daha yaxşı bitir. Sarı növləri qumlu və qumlucalı torpaqlarda , göy növləri isə turş torpaqlarda siderat kimi istifadə edilir.

Üçyarpaq yonca əsasən azacıq turş mühitə malik olan rütubətli torpaqlarda daha yaxşı nəticə verir.

Noxud, çölnoxudu, qarayonca neytral və münbit torpaqlarda siderat kimi daha çox səmərə verir.

Neytral reaksiyaya malik olan ağır, daşlıq və şoranlıq torpaqlarda siderat kimi xəşənbüldən istifadə olunması məsləhət bilinir.

Çölnoxudunun vələmirlə qatışığından istifadə etməklə qaratorpaqlarda və həm də çimli-podzol torpaqlarda aparılan yaz səpinlərindən yüksək məhsuldar yaşıl kütlə almaq mümkündür.  (FOTO 2, 3)

 

Xaççiçəklilər. Bu növ sideratları – ağ xardal və yağlıq ağ turpu daha çox bağ sahələrində istifadə edirlər. Onlar 1 – 2 ay müddətinə böyük yaşıl kütlə toplayırlar. Alaq otlarını, zərərli mikroorqanizmləri məhv edir. Apreldən sentyabra qədər yağlıq ağ turpun ən çox gillicəli torpaqlarda səpinini aparmaq olur. Xardal üçün bütün tipli torpaqlar əsasən yararlıdır.  (FOTO 4)

 

Hidrofillər. Faseliya bütün növ qruntlarda – gilli, gillicəli, qumlu, daşlı, torflu və həm də münbit qaratorpaqlarda yaxşı məhsuldarlıqla bitir. 1– 1,5 ay müddətində sütrətlə bitdiyindən bir il ərzində 3 –4 dəfə məhsul almaq mümkün olur.

Faseliya alaqları, zərərli mikroorqanizmlərlə məhv edir, torpağı üzvi maddələrlə zənginləşdirir. Bostan və tərəvəz bitkiləri içərisində onun  “qohumları” olmadığından faseliya torpağı viruslu xəstəliklərdən təmizləyir.  (FOTO 5, 6)

 

Amarantlar. Kartof cərgələrində çox vaxt alaq otu kimi bitən pencərlərdən keyfiyyətli siderat kimi istifadə etmək mümkündür. Onlar çiçəkləmə dövründən əvvəl, yəni toxumlamamış toxalanmalı və torpağa qatılmalıdır. (FOTO 7)



Создан 06 сен 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов  Valyuta məzənnəsi